"Report" xəbər verir ki, mətbuat üçün qapalı olan qurultayda 211 nümayəndə iştirak edib. Deputat Tahir Kərimli yenidən Vəhdət Partiyasının sədri seçilib, Əbdülvahab Manafov isə sədrin birinci müavini olub.
Bundan başqa, qurultayda 7 nəfərdən ibarət Mərkəzi Nəzarət-Təftiş Komissiyası formalaşdırılıb. Etibar Səmədov komissiyanın sədri seçilib.