Ronaldo, Fiqo və Zidan Türkiyəyə gəlir (FOTO)

Ronaldo, Fiqo və Zidan Türkiyəyə gəlir (FOTO)
11:11 3 Yanvar 2015
186 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyədə yeni stadionun açılışına dünyanın futbol ulduzları axın edəcək.

ANS PRESS-in məlumatına görə, Konya Böyükşəhər Bələdiyyəsi tərəfindən inşa etdirilən Torku Arenanın açılışına UEFA prezidenti Mişel Platini, əfsanəvi futbolçular Ronaldo və Zidan kimi ulduzlar qatılacaq.

42,484 nəfərlik tutuma sahib olan stadionun açılışı yalnız Türkiyədə deyil, dünyada da böyük əks-səda doğuracaq. Konya Böyükşəhər Bələdiyyə başçısı Tahir Akyürekin sözlərinə görə, açılış matçında əfsanəvi futbolçular çıxış edəcək.



Bu maraqlı oyunu isə dünyanın məşhur idman kanalı "Eurosport" canlı olaraq yayımlacaq. Qarşılaşmanın başlama vuruşunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlunun etməsi planlaşdırılır.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=317545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR