ABŞ-da keçirilən Amerika Kuboku - 2016-da qrup mərhələsinin II turuna start verilib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, A qrupunda baş tutan qarşılaşmalardan sonra bir komanda 1/4 final mərhələsinə vəsiqəni təmin edib.

Bu, Paraqvayı məğlub edən Kolumbiya yığmasıdır. ABŞ-dan sonra Paraqvaya da qalib gələn kolumbiyalıların qrupu ilk sırada bitirəcəyi rəsmiləşib. Meydan sahibləri isə Kosta-Rikanı böyük hesabla məğlubiyyətə uğradaraq, son tur öncəsi ikinci pilləyə yüksəliblər.

Qeyd edək ki, sabah səhər B qrupunda II turun oyunları keçiriləcək. Braziliya Haitini (Bakı vaxtı ilə saat 03:30), Peru isə Ekvadoru (06:00) sınağa çəkəcək.


Amerika Kuboku - 2016
Qrup mərhələsi, II tur
A qrupu

ABŞ - Kosta-Rika - 4:0

Qollar: Dempsi, 9 (pen.); Cons, 37; Vud, 42: Zuşi, 87

Kolumbiya - Paraqvay - 2:1
Qollar: Bakka, 12; Hames Rodriges, 30 - Ayala, 71

1.

Kolumbiya

2

2

0

0

4-1

6

2.

ABŞ

2

1

0

1

4-2

3

3.

Paraqvay

2

0

1

1

1-2

1

4.

Kosta-Rika

2

0

1

1

0-4

1

Milli.Az