Tanınmış aktyor və teleaparıcı Faiq Mirzə "Ömrün fəsilləri" verilişi ilə yenidən efirə qayıdır. O bu haqda Milli.Az-a danışıb:

"Region TV-də aparıcısı və müəllifi olduğum "Ömrün fəsilləri" verilişi qısa fasilədən sonra yenidən efirə qayıdacaq. Bu veriliş Azərbaycan teatr və kinosunun inkişafında əvəzsiz xidmətləri olan qadın sənətkarların həyat və yaradıcılığı paralelləri üzərində qurulub. "Ömrün fəsilləri" 3 il əvvəl ilk qonağı, sevimli aktrisamız, xalq artisti Həmidə Ömərova ilə efirə çıxmışdı. Həmidə xanımın ayağı düşərli oldu. Belə ki, verilişdə Zərnigar Ağakişiyeva, Elmira Şabanova, Zemfira Sadıqova, Xuraman Qasımova və daha bir neçə sənət fədaisi olan məşhur xanımlar çəkildilər. Kino və teatr sənəti olduqca ağır sənətdir. Xüsusən də qadın sənətkarlar üçün. Qəhrəmanlarımın əksəriyyəti kino və teatr sahəsində əldə etdikləri uğurların qurbansız ötüşmədiyini deyirlər. Bu sərt sənətin sərt tələbidir. Əvəzində isə tamaşaçı sevgisi, alqış və bir-birindən maraqlı rollar yaranır. Aktrisalarımızın həyat hekayəsini öyrəndikcə sənət xanımı olmağın özəllikləri aydın olur. Amma bu mövsümdən aktrisalarımızla yanaşı, aktyorlarımızı da bu layihədə görəcəksiniz".

Teleaparıcı vaxtında verilişinə çəkmədiyi bir aktrisaya görə hələ də təəssüflənir:

"O vaxt biz verilişin çəkilişlərinə yeni başlayanda çəkiləcək aktrisalar içərisində Firəngiz Şərifova da vardı. Amma ömür vəfa etmədi, onu çəkə bilmədik. Buna görə hələ də təəssüflənirəm. Bu mövsümdən Bakı teatrları ilə yanaşı, bölgə teatrlarımızdan da aktrisalarımız bu verilişə dəvət olunacaqlar".

Əli Rəhimoğlu

Milli.Az

Azərbaycanlı aktyor: "Aktrisalarımız sənətdə çoxlu qurban veriblər" - FOTO