Xalq artisti Arif Babayev bir zamanlar ifaçılıq etmək istəyi olan oğlundan danışıb.

Milli.Az lent.az-a istinadən bildirir ki, xanəndə "Ondan sonra" verilişində deyib ki, övladının əvvəlki kimi səsi yoxdur, batıb: "Əgər oğlumun səsi bütöv olsa idi, ona xanəndə olmağa icazə verərdim. Amma yarımçıq ifaçı olmaq olmaz. O, çox istedadlıdır. Əvvəllər daha gözəl səsi var idi, sonralar xarab oldu. Evdə o qədər qışqırdı ki... Anası da ona o qədər dedi ki, "ayə, Allah səsini batırmasın, bəsdir, qışqırma". Yoldaşım o qədər dedi ki, səsin batmasın, axırda səsi batdı. İndi az da olsa, səsi var. Amma əvvəlki kimi oxuya bilmir".

Xalq artisti onu da əlavə edib ki, indi nəvəsinin ifaçılığa həvəsi var: "Nəvəmin də səsi var. Müslüm Maqomayevin mahnılarını oxuyur. Deyirəm ki, baban burada dura-dura başqasının mahnısını niyə oxuyursan ki? O da deyir, nə qədər səndən oxumaq olar axı. İfaçılığa həvəslidir, yaxşı olsa, gələcəyini zaman göstərəcək".

Milli.Az