Şair Misir Alarlı vəfat edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o bu gün səhər saatlarında dünyasını dəyişib.

Misir Alarlı Cəlilabadın Alar kəndində yaşayırdı. 10-a yaxın şeir kitabının müəllifi olan şairin sözlərinə mahnılar bəstələnib.

Teymur Mustafayev, Könül Xasıyeva və Elnarə Abdullayeva kimi sənətkarlar onun şeirlərini muğam üstə oxuyublar. Mərhum şairin "Ana" şeirinə oxunan muğam daha çox məşhurdur.

Qeyd edək ki, Misir Alarlı bu gün doğulduğu Alar kəndində dəfn olunacaq.

Milli.Az