Ayrılıq, göz yaşı, depressiya… Bütün bunları adi insanlar kimi sənət aləminin tanınmış simaları da yaşayıb. Bəziləri tənha qalmağa üstünlük versə də, bir çoxları hər şeyi unudub “İkinci bahar”ını yaşayır.
Axşam.az “İkinci bahar”ını yaşayan tanınmışların siyahısını təqdim edir:
Xalq artisti Zülfiyyə Xanbabayeva iki dəfə ailəli olub. Müğənni ilk dəfə Aydın adlı şəxslə ailə qurub. Daha sonra ayrılan ifaçı iş adamı Zaur Məmmədova ərə gedib. Onun Dəniz adlı bir qızı var.
Xalq artisti Mübariz Tağıyev iki dəfə ailəli olub. Onun ikinci evliliyindən iki qızı var.
Xalq artisti Rəmiş üç dəfə ailə qurub. Onun iki qızı var. Gitara ifaçı hazırda Gülü adlı xanımla ailəlidir.
Aktrisa Xuraman Əlizadə son günlər ana olması ilə gündəmə gəlib. Aktrisa illər əvvəl ailə qurmuş, az keçmədən boşanmışdı. Bu yaxınlarda isə o, ikinci dəfə ərə getdiyini açıqlayıb. 
Aparıcı Xoşqədəm Hidayətqızının ilk evliliyindən bir oğlan övladı var. O, bir neçə il əvvəl türkiyəli müğənni Doğuşla ailə qurub. Cütlüyün əkiz oğulları dünyaya gəlib.
Aşıq Samirə Əliyeva ikinci dəfə prodüseri Rizvan Məmmədova ərə gedib. Onun bu nikahdan bir oğlu var.
Müğənni İzzət Bağırov ilk həyat yoldaşı ilə bir neçə ay ailəli qalıb. Daha sonra ifaçı gizli şəkildə evlənib və bu nikahda üç oğlu doğulub. 
Müğənni Nazənin də “İkinci bahar”ını yaşayanlar sırasındadır. O, hazırda Məhəbbət Həsənov adlı şəxslə ailəlidir.
Müğənni Təranə Qumralın ilk nikahından iki qız övladı var. İfaçı ikinci dəfə müğənni Musa Musayevlə ailə qurub. 
Müğənni İlhamə Qasımova ilk dəfə 17 yaşında ailə qurub, bir neçə ildən sonra ayrılıb. Hazırda iş adamı ilə nikahdadır. 
“Lider” telekanalının aparıcısı Sima Çələbi ikinci dəfə həmkarı Firuzə Cəlilovanın qardaşı ilə ailə qurub.
Əməkdar artist Cabir İmanov da bu yaxınlarda özünə ikinci dəfə toy edib. O, Zara adlı xanımla nikah masasına oturub. C.İmanov bundan əvvəl “Nərgiz” nəşriyyat evinin reklam şöbəsinin direktoru Ayla İmanova ilə ailəli olub. Onun bu evlilikdən iki qız övladı dünyaya gəlib.
Müğənni Samir Piriyev hazırda Anara adlı xanımla ailəlidir. Bu nikahdan ifaçının iki övladı var. Bundan əvvəl S.Piriyev Yeganə adlı xanımla ailəli olub. Onun bu evlilikdən bir qızı var.
Müğənni Rəqsanə İsmayılova hazırda iki dəfə ailəli olub. İlk evliliyindən Aysun adlı qızı dünyaya gəlib. İfaçı daha sonra qeyri-rəsmi nikahdan Yağmur adlı qızını doğub. Hazırda o, Rusiyada yaşayan iş adamı ilə ailəlidir.
Müğənni Səidə Dadaşova ilk dəfə türkiyəli iş adamı ilə ailə qurub. Ondan qalmaqallı şəkildə boşanan sənətçi ikinci dəfə ailə qurub. Hazırda Səidənin bir oğlan övladı dünyaya gəlib.
“Şeron” qrupunun solisti Rüstəm Zeynallı üç dəfə ailə qurub. İfaçının ilk evliliyindən iki uşağı var. İkinci dəfə o, xalq artisti Aftandil İsrafilovun qızı ilə nikaha girib. Hazırda isə R.Zeynallı özünə üçüncü dəfə toy edib. Onun ailə qurduğu xanım əcnəbidir.
"İkinci bahar"ını yaşayan 16 yerli məşhur - Siyahı
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Məşhur müğənnini 10 il həbs gözləyir
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
“Qələbə qazana bilərdik” - Abdulla Xayballayev
Bu gün
·
02:13
106 il əvvəl Nəriman Nərimanov bu faytonla Şəkiyə gəlibmiş - FOTO
Bu gün
·
00:15
4 bürcün həyatında dönüş dövrü başlayır
Bu gün
·
00:11
Bakıda hündürmərtəbəli binada yanğın baş verib
Dünən
·
23:47
Türkiyə bayrağının endirilməsi iddiasına RƏSMİ CAVAB
Dünən
·
23:31
Sabah bu ərazilərdə işıq olmayacaq
Dünən
·
23:10
Naxçıvanda ağır qəza - Bir nəfər öldü, səkkiz nəfər yaralandı
Dünən
·
22:43
"Sabah" öz evində "Borussiya"ya məğlub oldu - Yenilənib
Dünən
·
22:36
İran Hörmüz boğazında tankerə atəş açıb
Dünən
·
21:57
Özgür Özel nazirə 750 min lirə təzminat ödəyəcək
Dünən
·
21:24
Sevgidə heç vaxt bəxti gətirməyən 3 bürc
Dünən
·
20:48
Şəkinin tarixi siması dəyişir: Turistləri hansı yeniliklər gözləyir?
Dünən
·
20:32
Fransada "Qalatasaray”ın oyunçularını 6 snayper qoruyacaq
Dünən
·
20:08
“Çox müştərisi olan mağaza həmişə uğurlu deyil” - MÜSAHİBƏ
Dünən
·
19:58
Türkiyə millisinin yeni baş məşqçisinin adı açıqlandı
Dünən
·
19:47