Bu gün Topaz Premyer Liqasının 2016/17 mövsümünün açılış turunun daha bir oyunu keçirilir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki,turun ikinci oyun gününün yeganə qarşılaşmasında "Qarabağ" "İnter"ə qonağıdır.
Bu matçı həm də ilk turun mərkəzi oyunu kimi xarakterizə edə bilərik. Son üç ilin çempionu "Qarabağ" yeni mövsümə kifayət qədər iddialı hazırlaşan "İnter"in nəyə qadir olduğunu sınağa çəkəcək. "Bankirlər" cəza səbəbindən Avrokuboklarda iştirak edə bilməsələr də daxili birinciliyə ciddi cəhdlə hazırlaşıblar və bunu da qələbə ilə sübut etmək istəyirlər. Ağdamlılar isə Çempionlar Liqası ilə vidalaşdıqdan sonra komandada yaranmış ruh düşkünlüyünü çempionata qələbə ilə başlayaraq aradan qaldırmağı planlaşdırır.
"İnter Arena"da baş tutacaq oyun saat 20:00-da start götürəcək.
Topaz Premyer Liqası
I tur
7 avqust (bazar)
"İnter" - "Qarabağ" - 0:0
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Abbas Hüseynov
Hakim inspektor: Məlik Həsənov
"İnter Arena"
"İnter": 1. Səlahət Ağayev, 17. Abbas Hüseynov, 27. Adrian Skarlatake, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 22. İlkin Qırtımov, 8. Nizami Hacıyev, 15. Ruslan Abışov, 24. Fuad Bayramov, 55. Ağabala Ramazanov, 11. Rauf Əliev
Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 2. Sərtan Taşkın, 3. Denis Silva, 88. Məmməd Quliyev, 6. Samir Zərgərov, 7. Mirsahib Abbasov, 9. Pərdis Fərcad-Azad
Baş məşqçi: Zaur Svanadze
"Qarabağ": 13. İbrahim Şehiç, 9. Reynaldo Silva, 10. Muarem Muarem, 14. Rəşad Sadıqov (k), 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana
Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev
8. Migel Markos Madera, 17. Namiq Ələsgərov, 22. Əfran İsmayılov, 97. Mahir Mədətov
Baş məşqçi: Qurban Qurbanov
Milli.Az