15 iyul hərbi qiyama cəhd gecəsindən sonra Türkiyə xalqı birlik mesajı vermək üçün avqustun 7-də mitinqə çıxmışdı.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, 5 milyondan çox insanın iştirak etdiyi mitinqə sənət dünyasının məşhurları da qatılıb. Lakin bəziləri dəstəklərini meydanda deyil, sosial media üzərindən bildiriblər. Onlardan biri də Ebru Gündeşdir.
Onun "Türkiyə ayaq üstdə, dövlətinin yanında" yazısı 67 mindən çox insan tərəfindən bəyənilib.