Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Vasif Məhərrəmli deyib.
O, gəncləri var-dövlət düşkünü olmaqda qınayıb:
“Tək gənc qızlar yox, sənətə yeni gələn ifaçıların da bir amalı var: "tez varlanım, cip sürüm, bahalı evdə yaşayım". Mənim heç vaxt belə məqsədlərim olmayıb. Tək arzum müğənni kimi fəaliyyət göstərmək idi. Bir dəfə Ağadadaş Ağayev soruşdu ki, boş vaxtında nə edirsən? Dedim, evdə otururam. Cavab verdi ki, evdə çox oturmaq üzrə birinci yerdə özüməm.
Kişiyə evdə oturmaq xoş olmalıdır. Buna şəraiti xanım yaratmalıdır”.
Milli.Az