Aparıcı hacı Nuran Hüseynov həcc ziyarətinə yollanıb.
Axşam.az-ın məlumatına görə, o, ziyarətdən fotolarını izləyiciləri ilə bölüşüb.
"Çalışacam, mənə dəstək olan, məni bir gün də tək qoymayan dostlarımın hər birinə dua edim. Allah bizim müqəddəs torpaqlarda etdiyimiz dualarımızı qəbul etsin", - deyə Hacı Nuran bildirib.
Qeyd edək ki, aparıcı uzun illərdir xərçəng xəstəliyindən əziyyət çəkir. O, Almaniyada müalicə alır.
Milli.Az




