Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Türkiyəki biznes qurması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
H.Hacıyev bildirib ki, heç bir biznesi yoxdur. Olke.az-a danışan partiya sədri sentyabrın 18-də Türkiyədən qayıdacağını bildirib:
“Yazırlar ki, Türkiyəyə tez-tez gedib-gəldiyim üçün guya mənim orada böyük biznesim var. Harada var? Acından günorta dururam. O qədər problemlərin var ki, başım onlara qarışıb. Ancaq Türkiyədə bir sıra siyasi məsləhətləşmələr də aparıram. Bəzi məsələlər var ki, onlarla bağlı iş aparılır. Türkiyəyə səfərim daha çox siyasi məsələlərlə bağlı olur. İstəyirəm ki, gələcəkdə Türkiyə ilə daha sıx təmaslar qurulsun. Bunun üçün Türkiyədə fəaliyyət göstərən səfirliklərdə də görüşlərim olur. Doğrudur, bəzi səfirliklər bizdən elə tələblər edir ki, biz onu yerinə yetirə bilmərik. Onlar bizimlə görüşmək istəmir. Deyirlər ki, siz bizimlə görüşən zaman sirləri verirsiniz. Ancaq düşünürəm ki, Türkiyədə aparılan işlərin yaxşı nəticəsi olacaq”.