Azərbaycan Dövlət Filarmoniyasında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Üzeyir Hacıbəyli adına VIII musiqi festivalı çərçivəsində “Əbədi musiqi” adlı klassik gecə baş tutub.
Axşam.az-ın məlumatına görə, Azərbaycan televiziyası və radiosunun Niyazi adına Simfonik Orkestri və Cahangir Cahangirov adına Xorun müşayiəti ilə əməkdar artist, “Mədəniyyət” kanalının baş direktoru Ramil Qasımov ilk dəfə dirijor qismində çıxış edib. Dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasının qəhrəmanı kimi tanınan istedadlı musiqiçi Ramil Qasımovun debütü tamaşaçılar üçün gözlənilməz olub. Gecədə bütün musiqi nömrələri böyük alqışlarla qarşılanıb. Konsertdə Azərbaycanın tanınmış, ziyalı, elm, musiqi, siyasi xadimləri iştirak edib.
İlk dəfə olaraq dirijor kimi səhnəyə çıxan Ramil Qasımov Azərbaycan musiqisinin çox zəngin köklərə malik olduğunu deyib: “Bu gün sizlərə professional Azərbaycan musiqimizin banisi dahi Üzeyir bəyin və Azərbaycan bəstəkarlarının opera, operetta və mahnılarından nümunələri təqdim etdik. Ümid edirik ki, bu konsertlə bağlı özünəməxsus ifaları ilə könlünüzü oxşadılar”.
Konsertin proqramında Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Üvertüra”, “Arşın mal alan” operettasından “Gülçöhrənin ariyası”, Tofiq Quliyevin “Sənə də qalmaz”, Fikrət Əmirovun “Sevil” operettasından “Balaşın nəğməsi”, Müslüm Maqomayevin “Şah İsmayıl” operasından “Aslan Şahın” ariyası, Niyazinin “Vətən nəğməsi”, Qara Qarayevin “Yedi gözəl” baletindən “Vals” və digər əsərlər ifa olunub.
Əsərlər vokalçılar Samir Cəfərov, İnarə Babayeva, Gülnaz İsmayılova, Taleh Yəhyayev, Aytac Şıxəlizadə, Anar Şuşalı, Cahangir Qurbanov və digərlərinin ifasında səslənib.
Əməkdar artist ilk dəfə dirijorluq etdi
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
24 saatlıq reklam paylaşımından 700 min qazanır
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
DYP-dən həftəsonu səfərə çıxan sürücülərə XƏBƏRDARLIQ
Bu gün
·
10:17
Azərbaycan XİN Zambiyanı təbrik etdi
Bu gün
·
10:07
Zaqatalada silsilə oğurluqlar edən şəxs saxlanıldı
Bu gün
·
09:42
Qəbələdə ağır qəza oldu - Yaralılar var
Bu gün
·
09:31
Premyer Liqasında bu gün iki oyun keçiriləcək
Bu gün
·
09:12
Ronaldonun ümumi qazancı 2 milyard dollara çatdı
Bu gün
·
08:25
“Qalatasaray” rəqibini 22 qolla darmadağın etdi
Bu gün
·
01:33
Oktyabrın son günləri bu bürclər üçün düşərli olacaq
Bu gün
·
01:15
Bakıda ilk kazino bu tarixdə açılacaq
Bu gün
·
00:59
Makron etirazlara görə 70 min polisi səfərbər etdi
Bu gün
·
00:40
Hərbi xidmətə çağırılanların nəzərinə - 100 manat cərimə var
Bu gün
·
00:31
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim etdi
Bu gün
·
00:27
Gölün dibinə 140 ağac əkdilər, 11 il sonra gözlənilməz nəticə oldu
Dünən
·
23:42
Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların FOTOSU
Dünən
·
23:18
PSJ və “Barselona” “Qalatasaray”ın ulduzunu istəyir
Dünən
·
23:14