Kənan: "Bu mahnıların müəllifi nazirimizdir"

Kənan: "Bu mahnıların müəllifi nazirimizdir"
11:12 3 Oktyabr 2016
28 Şou
Ölkə mətbuatı
A- A+

"Gecə qonağı" filmində Ağadadaş Ağayevin səsləndirdiyi "Gecdir daha" və " "Qayıdış"dakı Alim Qasımovun oxuduğu "Xatirələr" mahnılarının müəllifi, bəstəkar, hörmətli nazirimiz Kəmaləddin Heydərovdur. Sözlərini isə Baba Vəziroğlu yazıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri rejissor Kənan M.M. bildirib. 

O bildirib ki, bu mahnıların filmdə yer alması uğurlu alınıb:

"Düşünürəm ki, hər iki mahnı filmdə böyük rol oynayıb. Buna görə özüm və tamaşaçılar adından cənab nazirimizə və Baba Vəziroğluna təşəkkür edirəm. Şəxsi tanışlığımız olmasa da, bunu özümə borc bildim. Bu xəbəri tamaşaçılarımızla bölüşmək istədim, bəlkə də çoxları bunu bilmirdi". 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/475432.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR