“Bəstəkar Vaqif Gərayzadə “W-trio” qrupuna əvvəlcədən proqnoz qoymuşdu ki, iki il davam edəcəksiniz. Elə də oldu, iki ildən sonra qrup dağıldı”.
Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elnarə Xəlilova “Qonaq gəl bizə” verilişində deyib.
İfaçı həmkarı Röya Ayxan və Natavan Həbibi haqda danışıb:
“Biz Vaqif Gərayzadənin ilk triosu deyildik. Bizə qədər o, Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Almaz Ələsgərli kimi ulduzlar estradamıza bəxş etmişdi. O, bir çox ulduzları parıldatdı. Mənə elə gəlirdi ki, bizim qrup on il davam edəcək. Qrupu ilk Röya tərk etdi ki, solo ifaya başlayacağam. Röya gedəndən sonra qrupun bütün ağırlığı mənim üstümə düşdü. Onlar arasında yeğanə musiqi savadı olan, not bilən mən idim. Qızlara bəzi şeyləri mən öyrədirdim. Vaqif müəllimin ilk tapşırığı Röyanın yerinə adam gətirmək oldu. Səidə Sultanı tapdım, iki ay onu öyrətdim. Halal xoşu olsun. Daha sonra mən getdim. Natavan Həbibi kapitan oldu, sona kimi qaldı”.
E.Xəlilova “Sizin qrupun qızları haqqında Aygün Kazımovanın bek-vokalçısı olmanız deyilir. Bu ifadəyə digər iki müğənni əsəbiləşsə də, siz normal qəbul edirsiniz” sözlərinə belə münasibət bildirib:
“Bu ifadə məni qıcıqlandırmır. Bek-vokal oxumaq fitri istedad tələb edir. Müğənni nəyisə səhv oxuyursa, onu bek-vokalçı düzəldir. Tarkan, Ebru Gündeş, Sertap Erener nə vaxtsa kiminsə bek-vokalı olublar. Hər adam bunu bacarsaydı, özü oxuyardı da, məni niyə çağırırdı? Vaqif Gərayzadənin mahnılarının 90 faizinin bek-vokalını mən və Natavan oxuyub. Röya bek-vokal oxumağı bacarmır. O konsertlərdə oxumurdu, ancaq yanımızda dayanıb, bizi güldürürdü.
Aygün Kazımova, Zülfiyyə Xanbabayeva, Ağadadaş Ağayev, Brilliant Dadaşova kimi ulduzların mahnılarında bek-vokal oxumuşuq. Bu eyib deyil, bacarıqdır, istedaddır. Bu işdən utanmıram, əksinə, sevinirəm ki, musiqiçi kimi özümü təsdiq etmişəm”.
"Röya bek-vokal oxumağı bacarmırdı" - Elnarə
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Oktay Kaynarca məşhur verilişdən getdi
axsam.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Türkiyə klubunda yeni baş məşqçi
Bu gün
·
20:16
Kiyevdə azərbaycanlı ailənin mənzili dağılıb
Bu gün
·
20:05
Zelenskinin London səfəri: Ukraynaya yeni raketlər veriləcək?
Bu gün
·
19:50
Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər
Bu gün
·
19:43
İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub
Bu gün
·
19:21
ABŞ yeni “Patriot” hazırladı - Bu tarixdə istifadəyə veriləcək
Bu gün
·
19:20
Almaniyadan 32 Azərbaycan vətəndaşı readmissiya edilib
Bu gün
·
19:04
Arda Turan Türkiyə millisi barədə qərarını açıqladı
Bu gün
·
18:43
Emoməli Rəhmon Azərbaycana gəldi
Bu gün
·
18:35
Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi
Bu gün
·
18:29
Bu üsulla 80 gündə 34 kilo arıqladı
Bu gün
·
18:26
Xəyanəti bağışlayan 3 bürc
Bu gün
·
18:20
Yamalın sözlərinə Leminadan maraqlı reaksiya
Bu gün
·
18:12
“İranda türklərin hüquqları niyə yada düşmür?” - “Traktor”dan Türkiyəyə mesaj
Bu gün
·
18:09
Azərbaycan və Kamboca baş nazirləri görüşdü - FOTO
Bu gün
·
18:05