Prezident və xanımı Rəşid Behbudovun abidəsinin açılışında - fotolar

Prezident və xanımı Rəşid Behbudovun abidəsinin açılışında -  fotolar
16:56 4 Oktyabr 2016
150 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda SSRİ xalq artisti, dövlət mükafatları laureatı Rəşid Behbudovun abidəsinin açılış mərasimi olub.

Axşam.az-ın məlumatına görə, mərasimdə prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva iştirak ediblər.

Dövlət başçısı İlham Əliyevə bildirib ki, dünya şöhrətli müğənninin adını daşıyan Dövlət Mahnı Teatrının qarşısında ucaldılan heykəlin müəllifi xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru, professor Fuad Salayevdir. Heykəlin hündürlüyü 3, pyedestalla birlikdə isə 4,5 metrdir.

İlham Əliyev abidənin önünə gül qoyub və çıxış edib.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti, professor Firəngiz Əlizadə, xalq artistləri Mübariz Tağıyev, Xuraman və Fidan Qasımova bacıları, müğənninin ailə üzvü Kamil Şahverdiyev çıxış ediblər.










Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR