FİFA 11 ölkənin milli assosiasiyasını cərimələyib

FİFA 11 ölkənin milli assosiasiyasını cərimələyib
18:12 4 Oktyabr 2016
35 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 4 oktyabr. REPORT.AZ/ FİFA 11 milli assosiasiyanı cərimələyib. "Report"un ali futbol qurumunun rəsmi saytına istinadən verdiyi məlumata görə, buna həmin ölkələrin yığma komandalarının azarkeşlərinin 2018-ci il dünya çempionatının seçmə oyunları zamanı diskriminasiyalı və qeyri-idman hərəkətləri səbəb olub.
FİFA sanksiyalarına məruz qalan assosiasiyalar bunlardır: Honduras (65 min avro), Albaniya (50), Salvador (45), Meksika, Peru, İtaliya (hər üçü 30), Argentina, Paraqvay (hər ikisi 25), Kanada, Çili, Braziliya (hər üçü 20).
Qurumdan o da bildirilib ki, Çili Futbol Assosiasiyası 2016-cı ilin mayından tətbiq olunan sınaq dövründə daha bir qayda pozuntusuna yol verib. Bu səbəbdən, Çili və Venesuela arasındakı DÇ-2018-in seçmə qrup matçı 2017-ci il martın 28-də azarkeşsiz keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://report.az/futbol/fi-fa-11-olkeni-cerimeleyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR