Aygün qardaşının həbsindən sonra ilk dəfə efirdə - fotolar

Aygün qardaşının həbsindən sonra ilk dəfə efirdə -  fotolar
13:11 5 Oktyabr 2016
145 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Aygün Bəylər qardaşı həbs olunduqdan sonra ilk dəfə “5/5” verilişinə qonaq olub.

Axşam.az-ın məlumatına görə, bir müddətdir gündəmdən uzaqlaşan və qardaşının cinayət işi ilə bağlı heç bir açıqlama verməyən muğam ifaçısı proqram boyunca bu məsələdən danışmayıb.

Qızı Canandan danışan A.Bəylər övladının bu il məktəbə getdiyini deyib:

“Mənə də, müəllimlərinə də söz verib ki, yaxşı oxuyacaq. Qızımın müğənni olmasına pis baxmaram. Gərək oxusa, papaq qoya. Amma onun uzun saçları var, yaraşmaz. Həm də indi zəmanə dəyişib".

Yenidən imicini dəyişən müğənni bunları deyib:

"Dostlarımla hardasa oturanda, məclislərə gedəndə insanların mənlə bağlı başqa düşüncədə olduğunu görürdüm. Çoxları xanım imicində olanda məni tanımırdı. Ona görə də saçlarımı yenidən kəsdirdim".
 
Qeyd edək ki, avqustun 30-da Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumata görə, Suraxanı Rayon Polis İdarəsi və rayon prokurorluğunun əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində 2013-cü ilin iyun ayının 16-dan itkin düşmüş şəxs kimi axtarışda olan Bakı şəhər sakini Elnur Hümbətovun qətlə yetirildiyi müəyyən edilib.

Faktla əlaqədar həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, E.Hümbətov 2013-cü ilin may ayında həmyerliləri Fuad Məmmədzadə, Elmir Alxazov, Abbas Hümmətov, Ramil Əsirov və qardaşı Elnur tərəfindən Xəzər rayonunun Qala qəsəbəsi ərazisində boğulma yolu ilə qətlə yetirilib. Tutulan şəxslərdən Abbas Hümmətov əməkdar artist Aygün Bəylərin qardaşı, qətlə yetirilən şəxs isə əmisi nəvəsidir.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=58742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR