Zakir Həsənov Özbəkistanın müdafiə naziri ilə görüşüb

Zakir Həsənov Özbəkistanın müdafiə naziri ilə görüşüb
14:37 5 Oktyabr 2016
30 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. 5 oktyabr. REPORT.AZ/ Özbəkistanda rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov oktyabrın 5-də bu ölkənin müdafiə naziri general-polkovnik Kabul Berdiyev ilə görüşüb.
Bu barədə “Report”a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Z.Həsənov əvvəlcə iki xalq arasında arasında çoxəsrlik dostluq ənənələrinin gücləndirilməsində və qarşılıqlı dəstəklənməsində əvəzsiz xidmətləri olmuş Prezident İslam Kərimovun vəfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.
O, Azərbaycan-Özbəkistan əməkdaşlığının möhkəm dostluq üzərində qurulduğunu və bu əlaqələrin daim genişləndiyini xüsusi qeyd edən nazir iki ölkə arasında müxtəlif istiqamətlərdə, o cümlədən müdafiə sahəsində əməkdaşlığın yüksək səviyyədə inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Regiondakı hərbi-siyasi vəziyyətə toxunan Z.Həsənov vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bölgədə təhlükəsizliyə və sabitliyə əsas təhdiddir: "Bu münaqişə beynəlxalq hüququn normaları və prinsipləri çərçivəsində, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun həll olunmalıdır. Münaqişə ilə bağlı mövcud status-kvo isə qəbuledilməzdir".
Nazir K.Berdiyev də öz növbəsində iki dövlətin əlaqələrinin möhkəm tarixi təmələ və mehriban qardaşlıq münasibətlərinə əsaslandığını, Özbəkistanın və Azərbaycanın vacib tərəfdaşlar olduqlarını vurğulayıb. Özbəkistan naziri ölkəsinin Azərbaycan ilə bütün istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlığa mühüm əhəmiyyət verdiyini deyib.
Görüşdə Azərbaycan ilə Özbəkistan arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın perspektivləri, o cümlədən təcrübə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Rəsmi səfər çərçivəsində Müdafiə Nazirliyinin nümayəndə heyəti Özbəkistan Respublikası Silahlı Qüvvələrinin Akademiyası və Daşkənd Ali Ümumqoşun Komandirlər Məktəbini də ziyarət edib.




Xəbərin orijinal ünvanı: http://report.az/herbi/zakir-hesenov-o-zbekistanin-mudafie-naziri-ile-gorusub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR