Bakının hansı yollarında tıxac müşahidə olunur?

Bakının hansı yollarında tıxac müşahidə olunur?
09:37 7 Oktyabr 2016
32 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün səhər saatlarında Bakı şəhərinin Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a verilən məlumata görə, sıxlıq prospektin hər iki istiqamətində müşahidə edilir. 

Bundan başqa, paytaxtın Yusif Səfərov küçəsi, Afiyəddin Cəlilov küçəsi, Üzeyir Hacıbəyov küçəsi, habelə Tbilisi prospekti (mərkəzə doğru), Səməd Vurğun küçəsi (Heydər Əliyev adına Müasir Təhsil Kompleksindən aşağı doğru) və Binəqədi şosesində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/476882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR