Ronaldu karyerasında ilkə imza atdı - FOTO

Ronaldu karyerasında ilkə imza atdı - FOTO
14:12 8 Oktyabr 2016
83 İdman
Ölkə mətbuatı
A- A+

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu Portuqaliya yığmasının heyətində ilk dəfə bir oyuna 4 qol vurub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı kapitan buna Andorra ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçında nail olub. Oyun son Avropa çempionunun 6-0 hesablı qələbəsi ilə nəticələnib.

Görüşdən sonra Ronaldu "Twitter" səhifəsində "Xoşbəxtəm ki, millidə ilk pokerimi etdim" sözlərini yazıb.

Portuqaliya yığmasının hücumçusu yayda Avropa çempionatlarının final mərhələlərində 9 qol vuraraq, fransalı Mişel Platiniyə məxsus rekordu təkrarlayıb. Onun komandası isə ilk dəfə qitə çempionu olub. Ronaldu yığmada 134 oyuna 65 qol vurub.  

Milli.Az









RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR