FANTASTİK BAŞLANĞIC: Azərbaycan Avropada 4 komandadan biridir ki...

FANTASTİK BAŞLANĞIC: Azərbaycan Avropada 4 komandadan biridir ki...
10:53 12 Oktyabr 2016
73 İdman
Ölkə mətbuatı
A- A+

DÇ-2018-in seçmə tsiklində Avropa zonası üzrə qrup oyunlarında 3 tur arxada qalıb. Azərbaycan millisi ümumilikdə 24, seçmə mərhələlərdəki 22 illik tarixində görünməmiş nailiyyətə imza atıb. Yığmamız ilk dəfə bir tsikldə səfərdə 4 xal toplayıb. San-Marinodakı ilk qarşılaşmasında 1 qolla qalib gələn yığmamız bu dəfə Çexiyadan xalla dönüb. Qolsuz heç-heçə səfər xallarımızın sayını 4-ə çatdırıb.

Daha bir fəxr ediləsi məqam var. İndiki vəziyyətdə seçmə mərhələdə qapısını saxlayan 4 komanda var: Almaniya, Belçika, İngiltərə və AZƏRBAYCAN! Qürurlu mənzərədir. Bunun davamının gəlməsi həm də qapıçımız Kamran Ağayevin quru seriya rekordunu yeniləməsi deməkdir. Hazırda Kamranın seriyası 304 dəqiqədən ibarətdir. O, seçmə mərhələdə son qolu ötən tsiklin Bolqarıstanla səfər matçının 56-cı dəqiqəsində buraxıb. Həmin görüşün 34 dəqiqəsinə daha 3 matç, yəni 270 dəqiqə əlavə edən qolkiper rekordun 75 dəqiqəliyindədi. Belfastda Şimali İrlandiya ilə matçda 75 dəqiqə qol buraxmayacağı halda, komandamız tarixə özünün yeni rekordu ilə düşəcək.

AÇ-1996-dan başlayaraq, seçmə oyunlarında iştirak edən komandamız tarixində 10-cu dəfə rəqib meydanında xal qazanıb. Səfərdə 2 qələbəsi olan milli 8-ci dəfə 1 xalla vətənə dönür.

Yığmamız AÇ-2004, AÇ-2008, DÇ-2010 seçmə mərhələlərinin hərəsində 1, DÇ-2014-də 3, AÇ-2016-da 2 dəfə rəqib meydanında uduzmayıb.

Bunlardan ikisində səfərdə 3 xal əldə etmişdik. DÇ-2014-də üç heç-heçə, DÇ-2010-da isə 1 qələbə sayəsində buna nail olmuşduq.

Bu dəfə 1 qələbə və 1 heç-heçə səfər xallarında mütləq rekordla nəticələndi.

Yığmamızın seçmə mərhələdəki səfər xalları

12.02.2003. Podqoritsa. AÇ-2004. Serbiya və Çernoqoriya – Azərbaycan 2:2

06.06.2007. Almatı. AÇ-2008. Qazaxıstan – Azərbaycan 1:1

10.10.2009. Vaduts. DÇ-2010. Lixtenşteyn - Azərbaycan 0:2

14.11.2012. Belfast. DÇ-2014. Şimali İrlandiya – Azərbaycan 1:1

22.11.2013. Lüksemburq. DÇ-2014. Lüksemburq – Azərbaycan 0:0

07.09.2013. Ramat-Qan. DÇ-2014. İsrail – Azərbaycan 1:1

12.06.2015. Oslo. AÇ-2016. Norveç – Azərbaycan 0:0

06.09.2015. Ta-Qali. AÇ-2016. Malta – Azərbaycan 2:2

04.09.2016. Serravalle. DÇ-2018. San-Marino – Azərbaycan 0:1

11.10.2016. Ostrava. DÇ-2018. Çexiya – Azərbaycan 0:0


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/171846.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR