Neçə gündür, feysbukda hamı “Kim səni öldürmək istəyir” adlı `test`dən istifadə edərək, nəticələri öz profilində paylaşır. Xəbər lenti bu cür paylaşımlarla doludur.

Əlbəttə, bu, hər şeydən qabaq, bir zarafatdır. Yəqin ki, əslində heç kim heç kimi öldürmək istəmir, çünki əks halda bu qədər potensial qatilin arasında yaşamaq çətin olardı.

Azvision.az bu zarafatı bir az daha maraqlı edib. Necə? Çox sadə: Maraqlıdır, bəzi adamlar həmin testdən keçsələr, hansı cavab çıxardı? Yaxud, hansı cavabın çıxması kənardan baxanlara daha ləzzətli gələrdi?

Yəqin ki, məsələn, Əli Kərimlinin səhifəsində biz mütləq Niyaməddin Orduxanlını görərdik:

Tanınmış şəxslərin "öldürmək" istədiyi adamlar - FOTOLAR

Fətullah Gülən isə jurnalist, `Terrorun Gülən üzü` kitabının müəllifi Aqil Ələsgəri görüncə, testin nəticəsini paylaşıb, belə yazardı:

Tanınmış şəxslərin "öldürmək" istədiyi adamlar - FOTOLAR

Hafiz Hacıyev güman ki, nəticəni belə bir komment ilə bölüşərdi:

Tanınmış şəxslərin "öldürmək" istədiyi adamlar - FOTOLAR

Əgər Şah İsmayıl Xətai sağ olsaydı və feysbukdan istifadə etsəydi, onda:

Tanınmış şəxslərin "öldürmək" istədiyi adamlar - FOTOLAR

Xədicə İsmayıl ilə Emin Hüseynovun davası, güman ki, psixoloji testdə də davam edərdi:

Tanınmış şəxslərin "öldürmək" istədiyi adamlar - FOTOLAR

Siyavuş Novruzov Feysbuk-da yoxdur. Amma olsaydı və testdən keçsəydi, güman ki, bu nəticəyə Milli Şuranı lağa qoymağın əlavə imkanı kimi yanaşardı:

Tanınmış şəxslərin "öldürmək" istədiyi adamlar - FOTOLAR

Flora xanımın səhifəsində isə sonun söz duellərindən sonra belə bir nəticəni görmək maraqlı olardı:

Tanınmış şəxslərin "öldürmək" istədiyi adamlar - FOTOLAR