Xərçəng diaqnozu qoyulan rejissor: “Analizin nəticələri pis olsa…”

Xərçəng diaqnozu qoyulan rejissor: “Analizin nəticələri pis olsa…”
16:18 14 Oktyabr 2016
234 Şou
Ölkə mətbuatı
A- A+

Bakıda yerləşən qanköçürmə xəstəxanasında xərçəng diaqnozu ilə müalicə olunan tanınmış rejissor Şahin Zəkizadənin müalicəsinin birinci mərhələsi başa çatır.

Bu barədə açıqlamasında Publika.az-a rejissor özü bildirib: “Özümü nisbətən yaxşı hiss edirəm. Artıq müalicəmin birinci mərhələsi başa çatır. Bir-iki günə analizlər götürüləcək, nəticədən çox şey asılıdır. Əgər ilkin mərhələdə müalicə effektini versə, müalicəm Bakıda davam edəcək. Yox əgər nəticələr pis olsa, yəqin ki, müalicəmin xaricdə davam etdirilməsi üçün göstəriş veriləcək. Taleyim analizlərin cavabından asılıdır”.

Rejissor ziyarətinə gələn insanlardan da danışıb: “Bəhram Bağırzadə, Qənirə Paşayeva, Hacı Nuran, Lalə Məmmədova və başqa dostlar yanıma gəlir, sağ olsunlar. Gəlməyənlər də var. Onlar barədə danışmaq istəmirəm”.

Cəvahir


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/172179.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR