Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi

Yağış Bakıda nəqliyyatın hərəkətini iflic etdi
09:47 17 Oktyabr 2016
39 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yağan intensiv yağış paytaxtın əsas avtomobil yollarında nəqliyyatın hərəkətini iflic edib. 

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Milli.Az-a verilən məlumata görə, hazırda Abdulvahab Salamzadə küçəsi (hər iki istiqamətdə), Ziya Bünyadov prospekti (hər iki istiqamətdə), Heydər Əliyev prospketi (kənar və əsas yolda, mərkəzə doğru), Afiyəddin Cəlilov küçəsi, Nobel prospekti (mərkəzə doğru), Niyazi küçəsi (hər iki istiqamətdə), habelə Əbdürrəhim bəy Haqverdiyev (Dövlət Statistika Komitəsi istiqamətində), Səməd Vurğun küçəsi ("Təzə bazar"a doğru), Abbasqulu ağa Bakıxanov küçəsi (hər iki istiqamətdə, nisbi sıxlıq) və Tbilisi prospektində ("Nizami" metro stansiyasına doğru) tıxac yaranıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/480188.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR