"Şah Qacar” 50-ci dəfə nümayiş olunub

"Şah Qacar” 50-ci dəfə nümayiş olunub
16:21 17 Oktyabr 2016
15 Şou
Ölkə mətbuatı
A- A+

Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə hazırlanan “Şah Qacar” tamaşası 50-ci dəfə nümayiş olunub.

Teatrın mətbuat xidmətindən Axşam.az-a verilən məlumata görə, əməkdar incəsənət xadimi Əli Əmirlinin “Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında xalq artisti Azər Paşa Nemətin hazırladığı iki hissəli faciənin elmi məsləhətçisi Çingiz Qacardır. Səhnə əsərinin bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Vidadi Həsənovdur.

Tamaşada xalq artistləri Fuad Poladov (Şah Qacar), Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), Məmməd Səfa (Kərim xan Zənd), Anar Heybətov (Cəfərqulu xan), Vidadi Həsənov (Şeyx Cəfər Tonkabuni), Mətləb Abdullayev (Məhəmməd Əli xan
Bəylərbəyi), Kazım Abdullayev (Əli xan Cocuq), Ayşad Məmmədov (Axund Hacı Babək), Elşən Rüstəmov, aktyorlar Elnar Qarayev, Canəli Canəliyev, Samirə Xanlarova, Adil Dəmirov, Fəridə Əliyeva və başqaları iştirak edir.




Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=59419

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR