Deputatdan Mütəllibova: "Azərbaycana ermənilər qədər ağır zərbə vurub"

Deputatdan Mütəllibova: "Azərbaycana ermənilər qədər ağır zərbə vurub"
12:47 19 Oktyabr 2016
55 Dünya
Ölkə mətbuatı
A- A+

"Ayaz Mütəllibov Azərbaycana ermənilər qədər ağır zərbələr vurub. Bunu tarix də sübut edəcək".

Milli.Az bildirir ki, bu fikirləri publika.az-a açıqlamasında Ana Vətən Partiyasının (AVP) sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı Azərbaycanın Dövlət Müstəqilliyinin 25 illiyi ilə bağlı danışarkən deyib.
Deputat deyib ki, Ayaz Mütəllibovun ən böyük səhvi bacarmadığı işin altına girməsi olub:
"Ulu öndər Heydər Əliyevin sayəsində yüksək vəzifələrə qalxan Ayaz Mütəllibov nəinki reallığını itirmişdi, hətta Heydər Əliyevə qarşı da böyük nankorluq nümayiş etdirirdi. O, Heydər Əliyevin Azərbaycana gəlişinə ciddi şəkildə əngəllər törədirdi. Sonrakı illərdə isə Ayaz Mütəllibov bir neçə dəfə ulu öndər Heydər Əliyevin həyatına sui-qəsd təşkil etdirməkdən belə çəkinmədi. İndi də Ayaz Mütəllibov gəlib Bakıda rahat şəkildə oturub, hələ utanmadan Azərbaycanın dövlət müstəqilliyinin bəhrələrindən istifadə edir. Bu gün Ayaz Mütəllibov Azərbaycanda keçmiş prezident kimi dövlət tərəfindən yüksək şəraitlə təmin olunub. Halbuki, Ayaz Mütəllibov buna zərrə qədər layiq deyil. Vaxtilə bu məsələ gündəmə gələn zaman da mən Milli Məclisdə sonadək bunun əleyhinə çıxış etmişəm. O, buna layiq adam deyil, Ayaz Mütəllibovun buna mənəvi haqqı çatmır. O, Azərbaycana ermənilər qədər ağır zərbələr vurub".
F.Ağamalı prezident İlham Əliyevin ötən gün Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbuldakı çıxışına da toxunub:
"Ölkə prezidenti İlham Əliyev ötən gün çıxışı zamanı da çox doğru vurğulayıb. Yəni, Azərbaycan xalqı zamanında nə qədər çətin olsa belə ən müxtəlif yollarla ulu öndər Heydər Əliyevi Azərbaycana gətirib, hakimiyyəti ona versəydi, o zaman ölkəmiz daha tez müstəqillik qazanardı. Ən başlıcası isə indi işğal altında olan torpaqları itirməzdik. Tam məsuliyyətlə deyirəm ki, əgər Heydər Əliyev 1990-cu ilin 20 Yanvar faciəsindən dərhal sonra Azərbaycanda hakimiyyətə gəlsəydi, o zaman bizim bir qarış torpağımız belə işğal olunmazdı. Necə oldu ki, həmin dövrdə Ermənistan bütün gücü ilə Naxçıvana hücum etsə də, ancaq bir qarış torpağı işğal edə bilmədi? Çünki həmin vaxtı Heydər Əliyev Naxçıvanda idi və torpaqların qorunması üçün fədakarlıq göstərirdi".
Deputat qeyd edib ki, həmin vaxtı AXCP-Müsavat hakimiyyəti Heydər Əliyevə Bakıya gəlməyə imkan vermirdi:
"Mən həmin vaxtı Naxçıvanda olan zaman "Əlincə" qəzetinə müsahibəmdə də demişdim ki, Heydər Əliyevin Naxçıvan Ali Məclisinə sədr seçilməsi Ermənistanın Naxçıvanı işğal etmək planlarını puç edəcək və ermənilər bir qarış torpaq ala bilməyəcəklər. Təbii ki, həmin dövrdə Heydər Əliyev fenomeni, iradəsi, zəkası və təcrübəsi Naxçıvanı Ermənistanın hərbi təcavüzündən azad etdi. Halbuki, Heydər Əliyev gələnə qədər ermənilər Sədərəkədək tutmuşdular. Biz bu situasiyanı bütövlükdə Azərbaycanda da yarada bilərdik. Bunun üçün xalq ayağa qalxmışdı və Heydər Əliyevi tələb edirdi. Heydər Əliyevi tələb edən çoxsaylı insanlar içərisində mən də var idim. Azərbaycan Xalq Hərəkatının böyük qanadı Heydər Əliyevin yanında idi. Çox təəssüf ki, Ayaz Mütəllibov, daha sonra isə AXCP-Müsavat hakimiyyəti Heydər Əliyev fenomenindən qorxub çəkinərək, onun siyasi arenaya gəlməsinə mane olmağa çalışırdı və müəyyən vaxtadək mane oldular. Ona görə də Azərbaycanda xoşagəlməz hadisələr baş verdi. Bütün bunlar tarixdir və tarixi olduğu kimi yazmaq lazımdır. Ötən əsrin 90-cı illərinin əvvəllərində Ayaz Mütəllibov, AXCP və Müsavat hakimiyyətlərinin Azərbaycana rəhbərlik etməsi, prezidentin dediyi kimi, həqiqətən bu gün tarixin zibilliyindədir. Onlar tarixin yaddaşına düşə bilməyiblər. Bu faktları gələcək nəsil bilməlidir. Tariximiz olduğu kimi yazılmalıdır ki, gələcək nəsillər bundan müsbət nəticə çıxarda bilsin və bu cür tiplərin Azərbaycanda hakimiyyətə gəlməsinə bir daha imkan verilməsin".
F.Ağamalı həmçinin vurğulayıb ki, 18 oktyabr Dövlət Müstəqillik Günü Azərbaycan tarixinin ən şərəfli və qızıl hərflərlə yazılmış səhifələrindən biridir:
"Ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində keçmiş SSRİ məkanında baş verən qarşıdurmalar və Azərbaycanda gedən siyasi proseslər müstəqil dövlətin yaranması üçün ilkin və əsaslı şərait yaradırdı.

Ötən gün prezident İlham Əliyevin Azərbaycanın Dövlət Müstəqilliyinin 25 illiyinə həsr olunan mərasimdə çıxışı zamanı "Azərbaycan xalqı dövlət müstəqilliyinə daha tez nail ola bilərdi" söyləməsi tam haqlı fikirlərdir. O zaman Azərbaycanın Dövlət Müstəqilliyi Aktı daha tez qəbul edilə bilərdi. Ancaq bu mümkün olmadı. Azərbaycan keçmiş 15 SSRİ respublikaları arasından sondan üçüncü yerdə dayanırdı. Halbuki, həmin illərdə Azərbaycan SSRİ-nin dağılmasında çox ciddi faktor idi. O dövrdə Azərbaycanda gedən siyasi proseslər, xüsusilə də xalq hərəkatı və 1990-cu ilin 20 Yanvar hadisəsindən sonra bu hərəkatın Milli Azadlıq Hərəkatına keçidi SSRİ-nin çökməsində mühüm rol oynayıb və digər SSRİ üzvü olan respublikalarda da xalq hərəkatının yaranmasına təkan verib. Çox təəssüf ki, həmin dövrdə Kremldən asılı olan, Azərbaycan xalqı ilə bir yerdə olmayan və uzaqgörənlik nümayiş etdirməyən Ayaz Mütəllibov və onun komandası xalqımızın iradəsini ifadə edə və SSRİ məkanında gedən proseslərin nəticəsini qiymətləndirə bilmirdi. Bunun nəticəsində isə bu gün Rusiyanın forpostu olan Ermənistan belə Azərbaycandan öncə müstəqilliyini elan edib. Ona görə Ayaz Mütəllibovun Azərbaycana xalqına vurmuş olduğu zərbələri bu gün bağışlamaq olmur. O, hakimiyyətdə olduğu dövrdə Azərbaycan xalqına qarşı çox aşağılayıcı hərəkətlərə yol vermişdi".

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Azərbaycanda FACİƏ: 6 yaşlı uşaq poliklinikada öldü - VİDEO

26 Sentyabr 2017 02:28

Şimali Koreyanın Londondakı səfirliyi şübhəli əşya səbəbindən mühasirəyə alınıb

26 Sentyabr 2017 02:27

İraq Kürdüstanında müstəqilliklə bağlı referendum başa çatıb

26 Sentyabr 2017 02:12

AÇ-2017, 4-cü gün: NƏTİCƏLƏR və TƏQVİM

26 Sentyabr 2017 02:03

"Eurovision"un sonuncu qalibinə yeni ürək köçürüləcək

26 Sentyabr 2017 01:52

Dünyanın 10 ən yaxşı muzeyi -

26 Sentyabr 2017 01:50

Səbinə Əzimova Avropa çempionu oldu

26 Sentyabr 2017 01:43

Rusiyanın "VİM-Avia" şirkəti vəsait çatışmazlığından çarter reyslərini dayandırıb

26 Sentyabr 2017 01:32

"Ginnesin rekordu"na düşmək istəyən ər xəsətxanaya düşdü, arvad öldü

26 Sentyabr 2017 01:24

Gədəbəydə 25 yaşlı oğlan bıçaqlandı

26 Sentyabr 2017 01:19

Çili mediası: Çempionlar Liqasında şəhəri olmayan komanda...

26 Sentyabr 2017 01:18

Sabiq baş nazir Nəvaz Şərif Londondan Pakistana qayıdıb

26 Sentyabr 2017 01:05

İspaniya yığmasının sabiq futbolçusu Xabi Alonso məşqçi olacaq

26 Sentyabr 2017 01:02

Ailəni bitirən rekord həvəsi - Arvad öldü, ər isə...

26 Sentyabr 2017 00:53

Ekvadorda avtobus qəzası -

26 Sentyabr 2017 00:45

Çində "WhatsApp" messenceri bağlanıb

26 Sentyabr 2017 00:42

Türkiyədə terrorçular mikroavtobusu atəşə tutub -

26 Sentyabr 2017 00:37

Türkiyədə mikroavtobus atəşə tutuldu: 3 ölü, 6 yaralı

26 Sentyabr 2017 00:33

"Qarabağ"la oyun öncəsi İtaliyada son məşq -

26 Sentyabr 2017 00:20

Cəlilabadda mağazaya ildırım düşdü

26 Sentyabr 2017 00:18

Azərbaycan sənədli filmi London Parlamentində nümayiş etdiriləcək

26 Sentyabr 2017 00:12

Astroloji proqnoz - 26 sentyabr

26 Sentyabr 2017 00:08

Mexikoda 40-dan çox insan dağıntılar altında qalıb

26 Sentyabr 2017 00:02

Türkiyədə bir həftə ərzində 40 terrorçu zərərsizləşdirilib

26 Sentyabr 2017 00:02

ABŞ-dan kürd referendumu ilə bağlı - BƏYANAT

25 Sentyabr 2017 23:58

Azərbaycan neftinin SON QİYMƏTİ -

25 Sentyabr 2017 23:55

Cəlilabadda körpə uşaq anası intihar edib

25 Sentyabr 2017 23:52

Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edildi

25 Sentyabr 2017 23:48

Suriyada dinc insanlar yenidən hücuma məruz qaldı-

25 Sentyabr 2017 23:46

Avro-2017: Türkiyə millisi pley-offa vəsiqə qazandı

25 Sentyabr 2017 23:44

Cəlilabadda mağazanı ildırım vurub yandırdı

25 Sentyabr 2017 23:39

Güclü külək binanın damını uçurdu - Masallıda

25 Sentyabr 2017 23:34

Deputata səhvən 13 milyonluq ödəniş çeki verildi - FOTO

25 Sentyabr 2017 23:33

Şimali Koreyanı qorxu bürüdü -

25 Sentyabr 2017 23:28

Avropa çempionatı: 1/4 finalçılar və "play-off"a vəsiqələrin sahibləri müəyyənləşib

25 Sentyabr 2017 23:22

Cəlilabadda ildırım düşməsi nəticəsində mağaza yanıb

25 Sentyabr 2017 23:17

Bali adasında həyəcan -

25 Sentyabr 2017 23:09

Yol polisi "07"-ni QOVUR - Film səhnələrini xatırladan GÖRÜNTÜLƏR - VİDEO

25 Sentyabr 2017 23:03

Məşhur müğənni jurnalistlərə hücum etdi

25 Sentyabr 2017 22:54

Düsseldorfda Maqomayevin yubileyi qeyd olundu

25 Sentyabr 2017 22:53

Tələbələrlə bağlı -

25 Sentyabr 2017 22:51

İraq parlamentindən Ərbilə qarşı növbəti qərar -

25 Sentyabr 2017 22:49

“Yuventus” ŞOKDA: Klub prezidenti futboldan uzaqlaşdırıldı

25 Sentyabr 2017 22:48

"Brent" markalı neftin qiyməti 59 dolları ötüb

25 Sentyabr 2017 22:42

Səbinə Əzimova ağır atletika üzrə Avropa çempionu olub

25 Sentyabr 2017 22:37

Rusiya təyyarələri ABŞ-ın dəstəklədiyi qüvvələri bombaladı -

25 Sentyabr 2017 22:30

"Yuventus"un prezidenti bir il müddətinə futboldan kənarlaşdırılıb

25 Sentyabr 2017 22:22

Prezident İlham Əliyev yığma komandamızın oyununda - FOTOLAR

25 Sentyabr 2017 22:19

Kürdlərin referendumu başa çatdı

25 Sentyabr 2017 22:18

Dünyanın ən kök qadını həyatını itirdi -

25 Sentyabr 2017 22:11