28 OKTYABR

28 OKTYABR
09:28 28 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

1995-ci il. Bakı metropoliteninin “Ulduz” stansiyasından “Nərimanov” stansiyası istiqamətində hərəkət edən qatarda dəhşətli yanğın baş verib. Tuneldə qatarın alışması nəticəsində 289 nəfər (126 qadın, 28 uşaq, 3 xilasedici) həlak olub, 270 nəfər yaralanıb. Qəzanın əsas səbəbi kimi köhnə avadanlıqla təchiz olunmuş qatarın nasazlığı, maşinistin səhv qərar verməsi göstərilir. Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib.

2008-ci il. Rusiyanın Moskva şəhərindəki P.İ.Çaykovski adına konsert salonunda zəmanəmizin görkəmli musiqi xadimi, Azərbaycanın və SSRİ-nin Xalq Artisti Müslüm Maqomayevlə vida mərasimi keçirilib. Həmin axşam isə cənazə xüsusi reyslə Bakıya gətirilib.

1911-ci il. Xalq Yazıçısı, dramaturq, Beynəlxalq Nehru mükafatı və Azərbaycanın Dövlət mükafatı laureatı, Əməkdar İncəsənət Xadimi, akademik Mirzə İbrahimov anadan olub (1911-1993). M.İbrahimov “Qiqantlar ölkəsi” (1932), “Həyat üçün” (1934), “Həyat və ədəbiyyat” (1947), “Gələcək üçün” (1949) kimi bir sıra əsərlərin müəllifidir.

1955-ci il. “Microsoft” şirkətinin təsisçisi, dünyanın ən varlı şəxslərindən biri Bill Geytsin (William Henry “Bill” Gates III) doğum günüdür. O, 2008-ci ilin iyununda şirkətin idarə heyəti sədrliyindən istefa verib.

1886-cı il. ABŞ-ın Nyu-York ştatında fransız heykəltəraş Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış “Azadlıq heykəli”nin (“Dünyanı işıqlandıran azadlıq”) rəsmi açılışı olub. Roma azadlıq ilahəsi olan Libertası təcəssüm etdirən heykəl Fransa xalqı adından ABŞ-a hədiyyə edilib. Azadlığın və ABŞ-ın simvollarından biri olan heykəldə ayaq üstə dayanmış qadın təsvir olunub. O, bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 1776-cı il 4 iyul tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutub. Qırılmış zəncir onun ayağının üstünə sərilib. Tuncdan hazırlanmış heykəlin yerdən məşələ kimi hündürlüyü 93 metrdir.

28 oktyabr - Beynəlxalq Animasiya Günüdür(International Animation Day). Bu tarix 2002-ci ildən etibarən, Beynəlxalq Animasiya Filmləri Assosiasiyasının Fransa bölməsinin təşəbbüsü ilə, fransız rəssam və ixtiraçı Emil Reynonun icad etdiyi praksinoskopun ilk nümayişinin 110 illik yubileyi münasibətilə təsis olunub. İxtiraçı “optik teatr” adlanan bu cihaz vasitəsilə əllə çəkilmiş rəsmləri hərəkətə gətirib.

1492-ci il. İspaniyalı dəniz səyyahı Xristofor Kolumb Kuba adasını kəşf edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqli/173818.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR