Cibuti aviapilotları Azərbaycandan öyrənəcəklər - FOTO

Cibuti aviapilotları Azərbaycandan öyrənəcəklər - FOTO
20:05 28 Oktyabr 2016
28 Ölkə
Ölkə mətbuatı
A- A+

Cibuti aviapilot və mühəndislərini təlim məqsədilə Azərbaycana göndərməyə hazırlaşır.

Milli.Az bildirir ki, bu barədə Air Djibouti aviaşirkətinin rəhbəri Əbubəkr Ömər Hadi Trend-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, ölkəsi Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıqda maraqlıdır: "Heydər Əliyev hava limanında AZAL rəhbərliyi ilə görüş keçirilib. Biz pilotlarımızı və mühəndislərimizi Azərbaycanın Aviasiya Akademiyasında təlim və digər müxtəlif kurslara qatılmaq üçün göndərməyə hazırlaşırıq. Ölkənizdə dünya səviyyəsində mütəxəssislər hazırlayan çox yaxşı aviasiya akademiyası var".

Ə.Ö.Hadi bildirib ki, tərəflər digər istiqamətlərdə əməkdaşlıqla bağlı da razılığa gəliblər.

Milli.Az




Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/484259.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR