“O Səs Türkiyə” ulduzlarının dodaquçuqladan həftəlik qonorarları

“O Səs Türkiyə” ulduzlarının dodaquçuqladan həftəlik qonorarları
14:38 29 Oktyabr 2016
Ölkə mətbuatı
A- A+

“TV8”-də yayımlanan “O Səs Türkiyə” mahnı yarışmasının münsiflərinin həftəlik qonorarları açıqlanıb.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yeni mövsümündə Ebru Gündeşin yerinə gələn məşhur sənətçi Sibel Can bir həftəyə 100 min TL (təxminən 50 min manat) qazanır. Hadisə ilə Murat Bozun qonorarı isə bu il dəyişməyib. Onlar bir həftəyə 85 min TL (təxminən 42 min manat) alır. “Athena” qrupunun əkiz Gökhan-Hakan qardaşlarına bir həftə üçün 90 min TL (45 min manat) ödənir.

Üç ildir ki, münsif kürsüsündə əyləşən Ebru Gündeş isə bir həftəyə 100 min TL (təxminən 50 min manat) alırdı.

Aytən

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR