"Arıq olsam, o qədər qısa geyinərəm ki" - Xatirə

"Arıq olsam, o qədər qısa geyinərəm ki" -  Xatirə
12:46 31 Oktyabr 2016
269 Şou
Ölkə mətbuatı
A- A+

Müğənni Rəvan Qarayev sənət adamlarının həyat yoldaşı ilə öpüşən fotolarını paylaşmasını qınayıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “10-dan sonra” verilişində “Efirdə yoldaşıyla öpüşür, tərbiyəsizlikdir. Hər şeyə əl atırlar. Sənətçi oxumalıdır” sözlərini deyib.

Onun bu fikrinə müğənni Xatirə İslam etiraz edib. Bir müddət əvvəl kamera qarşısında həyat yoldaşı Fəxrəddinlə öpüşən görüntüsü söz-söhbət yaradan sənətçi bunları deyib:

“İnstaqram mənim şəxsi profilimdir. Kimsə istəmirsə, baxmasın. Şəkil yerləşdimək tərbiyəsizlik deyil. Bəlkə mən çox müasirəm, belə düşünürəm. Rəvan bu sözləri mənə deyə bilməz. Xatirə adam deyil, dodağı yoxdur?".

X.İslam qısa geyinməyi sevdiyini də söyləyib:

"Əgər mən arıq olsam, o qədər qısa geyinərəm ki... Allah qoymur bunları edim. Bunlara pis baxmıram, hər şey geyinərəm. Kimsə başını bağladığı an çəkilən şəkil paylaşsa da, ona pis sözlər yazacaqlar. Tarkan, Sibel Can və Ebru Gündeşin səhifəsinə elə söyüşlər yazırlar ki, heç Azərbaycanda elə sözlər eşitməmişik. Ona görə də bunlara fikir verməməliyik. Mən istəyirəm paltarımı paylaşıram, nəyimə lazımdır kim nə yazır? Ümümiyyətlə, İnstagramda yazılan şərhləri oxumuram. Əvvəllər fikir verirdim, nəzarətdə saxlayırdım, şərhləri oxuyurdum. Amma indi kimsə pis bir söz yazıbsa, köməkçilərim görür, deyirlər ki, sil".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60191

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR