Emin Ağalarov: "Biz atamla Bakıda bağ evi tikəndə..." - FOTOLAR

Emin Ağalarov: "Biz atamla Bakıda bağ evi tikəndə..." - FOTOLAR
11:18 2 Noyabr 2016
87 Şou
Ölkə mətbuatı
A- A+

Populyar müğənni Emin Ağalarov Rusiyanın Voronej Şəhərində qastrolda olarkən rus portalarından birinə müsahibə verib.

Publika.az Rusiya mətbuatına istinadən həmin müsahibədən bəzi hissələri təqdim edir.

Emin Ağalarov müsahibədə əkiz oğulları Əli və Mikayıl haqqında danışıb: “Onlar mənim yox, Sergey Lazerevin fanatlarıdır. Biz maşında gedəndə yalnız onun mahnılarını dinləyirik və üçlükdə onun mahnılarını ifadə edirik. Ümumiyyətlə, mahnı məsələsində uşaqların özlərinin seçim etməsi mənə çox xoşdur”.

İfaçı “Жара” (İstilər) musiqi festivalını bu il də davam etdirəcəyini bildirib: “Uşaqlar məni incidirdilər ki, Lazarevdə olsun. Seryojanın qastrol səfəri var idi, amma biz qrafikdə dəyişiklik etməyə onu razı saldıq. O, Moskvaya gəldi, bir neçə təyyarə dəyişməli oldu, buna görə mən ona çox minnətdaram. Oğlanlar isə çox xoşbəxt idi. Festivaldan sonra onlar məndən soruşdular: "Ata, sənin niyə Lazerev kimi belə əla mahnıların yoxdur?”

Həmçinin E.Ağalarov müsahibəsində oğullarına verdiyi dəyərli hədiyyə barədə də açıqlama verib: "Biz atamla Bakıda bağ evi tikməyi planlaşdıranda yan-yana eyni iki ev tikmək qərarına gəldik. Çünki Əli və Mikayıl əkizdir. İndi iki eyni ev yan-yana yerləşir, biri atamındır, ikinci isə mənə məxsusdur. Gələcəkdə isə onlar uşaqlarıma qalacaq, başqa kimə ola bilər ki?”

Emin müsahibəsində gələcək yaradıcılıq planlarından da danışıb: "İndi Polina Qaqarina ilə duet üzərində işləyirik, Aleksey Virobyovla da zarafatyana mahnımız olacaq. Məlum oldu ki, hər ikimiz Elvis Preslinin sadiq pərəstişkarlarıyıq. Biz Qelencik şəhərində qastrolda olanda Aleksey ilə görüşdük. Onunla çimərlikdə oturub bir şey yazmaq və sınamaq qərarına gəldik. Daha bir qeyri-adi dueti Stiven Siqal ilə olacaq. Biz onunla tamamilə təsadüfən ümumi dostumuzun vasitəsilə tanış olduq və dostluq olub. O, blyuz gitaristi və müğənnidir. Blyuz onun əsl ehtirasıdır. O, bildirib ki, mənimlə blyuz kompozisiyası yazmaq istəyir. Görək, bundan nə çıxacaq.

Rus dilində üç il bundan əvvəl oxumağa başladım. Bu, mənə məntiqli gəldi. İndi biz ölkədə böyük turlar həyata keçiririk. Hələlik uğurla gedir. Noyabrda isə ingilisdilli albomum çıxacaq. Yeni albomu tanıtmaq üçün bəlkə gələn il həm Avropa, həm də Amerika turlarına start verəcəyəm".

“Öz mahnılarınızdan təsirlənib ağlaya bilərsiniz?” sualına bir mahnıların müəllifi və ifaçısı belə cavab verib: "Sən lirik əhval-ruhiyyədə olanda mahnı yazmaq istətəyirsən. Amma yaxşı olanda dostlarınla görüşürsən və royal arxasına əyləşmirsən. Düşünürəm ki, məni mahnı ağlada bilər. Emosionallığı heç kim ləğv etmir".

Emin əfsanəvi azərbaycanlı ifaçı Müslüm Maqomayev ilə bağlı xatirələrini də bölüşüb: "Müslüm Maqomayev bir dəfə atama dedi ki, “Araz, onu bizneslə məşğul olmağa məcbur etmə. O, musiqi üçün yaradılıb”. Atam isə dedi ki, məni heç nəyə məcbur etmir, seçim mənimdir. Valideynlərim gördü ki, musiqi ilə məşğul olaraq pul mənə də qazanmaq çətindir. Məhz buna görə də əvvəlcə kommersiya fəaliyyəti ilə məşğul olmağa başladım və ayaq üstə möhkəm dayana bilmək üçün yenə də biznes sahəsi məşğul olmağa davam edirəm. İlk albomum 26 yaşımda çıxıb. Həmin vaxt mən artıq çalışır, öz qazancımı əldə edirdim, ona görə də risklər əsaslı idi".

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/174425.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR