Bir hakim iki oyunu idarə edəcək - AZƏRBAYCANDA

Bir hakim iki oyunu idarə edəcək - AZƏRBAYCANDA
12:58 3 Noyabr 2016
28 İdman
Ölkə mətbuatı
A- A+

Futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci turun oyunlarına hakim təyinatları açıqlanıb.

Publika.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FİFA referilərindən yalnız Əliyar Ağayev qarşıdakı turda baş hakim funksiyasını yerinə yetirəcək.

O, noyabrın 5-də Gəncə şəhər stadionunda "Kəpəz"lə "Sumqayıt" arasında keçiriləcək oyunu idarə edəcək. Ertəsi gün Ağayev AZAL - "Qəbələ" matçına əlavə köməkçi hakim kimi çıxacaq.

Premyer Liqa. 11-ci turun təyinatları

5 noyabr

14:30 Kəpəz - Sumqayıt

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Mübariz Haşımov

Əlavə köməkçi hakimlər: Orxan Məmmədov, Elvin Əsgərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Hakim-inspektor: Şahin Cəfərov

Gəncə şəhər stadionu

17:00 Neftçi - İnter

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Elman Musayev, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Rauf Cabbarov

AFFA nümayəndəsi: Rauf Hüseynli

Hakim-inspektor: Murad Məmmədov

Bakcell Arena

6 noyabr

14:00 AZAL – Qəbələ

Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Rahil Ramazanov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Fariz Yusifov

AFFA nümayəndəsi: Nüvər Xasıyev

Hakim-inspektor: Şaiq Həmidov

AZAL Arena

16:00 Zirə – Qarabağ

Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Vüsal Qənbərov, İsgəndər Əliyev

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ömər Paşayev

AFFA nümayəndəsi: Arif Fərəcov

Hakim-inspektor: Füzuli Nəcəfov

Zirə İdman Kompleksinin stadionu

Qeyd: Turun bütün oyunları CBC Sport televiziya kanalı vasitəsi ilə canlı yayımlanacaq.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/174601.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR