Röya Hacı Nuranla küsülü imiş

Röya Hacı Nuranla küsülü imiş
09:56 7 Noyabr 2016
347 Şou
Ölkə mətbuatı
A- A+

Əməkdar artist Röya Ayxan aparıcı Hacı Nuranla küsülüdür.

Axşam.az-ın məlumatına görə, müğənni bu haqda “ASAN radio”da aparıcı Emin Musəvinin qonağı olarkən deyib.

Röya bildirib ki, artıq 1 aydır danışmırlar:

“Hansısa mahnını oxuyanda, sonra başlayırsan orda olanları yaşamağa, həmin hadisələr sənin də həyatına keçir. Hacı Nurana deyirəm ki, o qədər xəstələr çəkib göstərdin ki, özün də xəstələndin.

Hacı Nuran heç yorulmur. Bir aydır onunla danışmıram. Foto çəkdirməsinə görə ona hirslənmişəm. Burdan da ona deyirəm: insanları o qədər bezdirmisən ki, sən stoldan gedəndən sonra üzlərinə cırmaq atırlar".


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=60612

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR