Əməkdar artist Röya Ayxan aparıcı hacı Nuranla küsülüdür.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, müğənni bu haqda "ASAN radio"da aparıcı Emin Musəvinin qonağı olarkən deyib.

Röya bildirib ki, artıq 1 aydır danışmırlar:

"Hansısa mahnını oxuyanda, sonra başlayırsan orada olanları yaşamağa, həmin hadisələr sənin də həyatına keçir. Hacı Nurana deyirəm ki, o qədər xəstələr çəkib göstərdin ki, özün də xəstələndin.

Hacı Nuran heç yorulmur. Bir aydır onunla danışmıram. Foto çəkdirməsinə görə ona hirslənmişəm. Buradan da ona deyirəm: insanları o qədər bezdirmisən ki, sən stoldan gedəndən sonra üzlərinə cırmaq atırlar".

Milli.Az