Ebru Gündeşlə sevgili olduğu deyilən futbolçu danışdı

Ebru Gündeşlə sevgili olduğu deyilən futbolçu danışdı
21:57 8 Noyabr 2016
124 İdman
Ölkə mətbuatı
A- A+

Futbolçu Ufuk Ceylan bu gün haqqında yayılan xəbərlərə aydınlıq gətirib. O, müğənni Ebru Gündeşlə sevgili olmasını təkzib edib:


“Bu gün mətbuatda haqqımda yazılan xəbərləri təəssüf içində izlədim. Söhbət mənim ailəm də daxil, hər kəsin heyranlıqla dinlədiyi bir müğənnidən gedir. Onu 3 dəfə səhnədə dostlarımla birgə izləmişəm. Yenə də dostlarım sayəsində çətin günlərində onunla tanış olmaq şərəfinə nail oldum və hər kəs kimi ziyarətinə gedib kədərimi bölüşdüm. İnternetdə yayılan foto 2015-ci il 29 mart tarixində səhnə aldığı restoranda kulisdə çəkilmiş bir fotodur. Artıq 5 aydır davam edən və mediadan uzaq saxlamağa çalışdığım bir münasibətim var. Bu çirkin xəbərlər başda mən olmaqla münasibət yaşadığım insanı və ailəsini dərindən yaraladı. Haqqımda çıxan evli bir qadınla münasibətdə olmaq xəbəri mənim üçün heysiyyətsizlikdir. Bu iddiaları ortaya atan şəxslər haqqında vəkilim Sami Dinç tərəfindən hüquqi tədbirlər görüləcək”.


Qeyd edək ki, bu gün Ebru Gündeş də açıqlama verərək "Bu iddia doğru deyil. Belə şey yoxdur. Lazımlı açıqlamaları vəkillərim verəcək" deyə bildirmişdi. (Axşam.az)


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-ebru-gundel-sevgili-olduu-deyiln-futbolcu-dand-t54014.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR