Fidan Qasımova əsəbiləşdi: "Guya siz mənimçün nigaransınız?"

Fidan Qasımova əsəbiləşdi: "Guya siz mənimçün nigaransınız?"
22:42 9 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq artistləri Fidan və Xuraman Qasımova bacıları haqda film çəkilir.

Milli.Az bildirir ki, Fidan Qasımovanın ölkə.az-a verdiyi məlumata görə, rejissoru Ənvər Əbluc olan filmin operatoru Kənan Məmmədovdur. Qasımovalar gələn ilin mart ayında Paris tamaşaçıları önündə çıxış edəcəklər:

"Bu il mənim yuibleyimdir. Xuramanla mənim səhnə fəaliyyətimin 40 ili tamam olur. Gələn ilin mart ayında Parisdə konsertimiz olacaq. May ayında Heydər Əliyev adına Sarayda konsert verəcəyik".

Sənətkar 36 kiloqram arıqlamasıyla bağlı xəbərlərə də toxunub:

"İstəməzdim bu haqda yazılsın. Elə də ağır əməliyyat keçirməmişəm. Konsertlərimiz, yaradıcılığımız haqda yazılsa, daha yaxşı olardı. İndi doktora dedim, həmin fotoları çıxaracaq. O fotoları həkim paylaşıb, hər halda bunu reklam üçün edib. O, mənim dostumdur. Guya siz mənimçün nigaransınız? Xahiş edirəm, belə şeylərlə məni küsdürməyin.

Rejissor Ənvər Əbluc bizim haqqımızda film çəkir. Operatoru Kənan Məmmədovdur".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/487916.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR