"Uşaqlıqdan dizaynerliyə həvəsim olub. Aparıcı olandan sonra isə bu işlə məşğul olmağa başladım. Aparıcı seçilməlidir, özüm üçün fərqli kostyumlar hazırlayıram".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aparıcı hacı Nuran Hüseynov "Tezdən oyan" verilişində deyib.

O bildirib ki, bir çox müğənnilər ondan kostyum tikməsini istəyiblər:

"Hər dəfə efirə çıxandan sonra mənə zənglər gəlir. Bir-iki müğənni efirdə mənim kostyumumu geyinib. Hətta verilişdə mənə təşəkkür də ediblər. Başqa vaxt da olub ki, zəng vurub deyiblər, "kostyumunuzu verin, toya geyinək". Mən kostyumu özüm üçün tikirəm".

Milli.Az