Ebru Gündeş şayiələrdən sonra ilk dəfə göründü - fotolar

Ebru Gündeş şayiələrdən sonra ilk dəfə göründü - fotolar
15:11 12 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Əvvəllər həyat yoldaşı Rza Zərrabın şəxsi təyyarəsindən istifadə edən müğənni Ebru Gündeş Atatürk hava limanında görüntülənib.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, dünən konsert vermək üçün Şimali Kiprdə gedən sənətçi bilet yoxlanışı növbəsində görünüb.

Meneceri ilə birgə olan Ebru digər vətəndaşların arxasında sona kimi növbəsini gözləyib. Fotolarının çəkildiyini görən müğənni paparassilərə əl edib.

Qeyd edək ki, bir neçə gün əvvəl futbolçu Ufuk Ceylanla sevgi yaşadığı iddiası yayılan Gündeş məhkəməyə gedərək bu haqda xəbərlərin yayılmasına qadağa əmri çıxartdırıb.



RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR