Dünən "Altın Kelebek" mükafatlarında ilin ən yaxşı ifaçıları və mahnıları da məlum olub.
Axşam.az Türkiyə mətbuatına istinadən məlumatına görə, ilin ən yaxşı layihəsi Tarkanın "Ahde vefa"sı seçilib. Tarkan mükafatını türk sənət musiqisinin əfsanəvi adı Müzeyyen Senarın qızı Feraye İşıldan alıb.
İlin mahnısı: Ayla Çelik "Bağdad"
Mükafatı ona Beyazit Öztürk təqdim edib.
Ən yaxşı klip: Hande Yener "Mor"
Ən yaxşı musiqi qrupu: "Gripin"
Ən yaxşı kişi pop ifaçısı: Murad Boz.
Ölkə xaricində olduğu üçün Murad gecəyə videogörüntü vasitəsi ilə qoşulub.ENLERİNE
Musiqidə 20-ci ilə xüsusi mükafat: Demet Akalın.
Demet mükafatı ona təqdim Ebru Gündeşi qucaqlayaraq son günlər küsülü olmalarını deyənlərə cavab verib.
Ən yaxşı qadın pop ifaçısı: Sıla
Mükafatı ona Nüket Duru təqdim etdi.
Yaşam boyu uğur mükafatı: MFÖ
Ən uöurlu yeni ifaçılar: Eypio, Derya Uluğ
Mükafatı Ebru Gündeş təqdim edib
Ən yaxşı fantezi-xalq musiqisi qadın ifaçısı: Sibel Can
Mükafatı ona Orxan Gencebay verib.
Ən yaxşı fantezi-xalq musiqisi kişi ifaçısı: Serkan Kaya
İlin ən yaxşı maqazin verilişi "Renkli sayfalar", ən yaxşı gündüz proqramı isə "Kısmetse olur" seçilib.