22 noyabr 2016-cı il tarixində saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasının Kamera və Orqan Musiqi zalında Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xor Kapellasının 80 illik yubileyinə həsr olunmuş konsert keçiriləcək.
Azərbaycan Dövlət Filarmoniyasının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, proqramda Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Müslüm Maqomayev, Cahangir Cahangirov, Zakir Bağırov, Səid Rüstəmov, Firəngiz Əlizadə, Ramiz Mustafayevin əsərləri səslənəcək.
Proqramda qərbi avropa bəstəkarlarının əsərləri səslənəcək.
Milli.Az