"Brilliant Dadaşova ilə barışığa əl atmadım"

"Brilliant Dadaşova ilə barışığa əl atmadım"
17:41 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Xalq artisti Nisə Qasımova 7 ildir küsülü olduğu Brilliant Dadaşovaya barışıq addımı atması ilə bağlı xəbərə münasibət bildirib.

Axşam.az-ın məlumatına görə, müğənni yanlışlıq olduğunu, heç bir barışıq addımı atmadığını deyib.

O bildirib ki, qarşı tərəf barışıq addımı atsa, geri çevirməyəcək:

“Məndən soruşdular ki, "Brilliant Dadaşova gəlib barışmaq istəsə, “salam” versə, necə reaksiya göstərərsiniz?”. Barışıq təşəbbüsü irəli sürməmişəm, bu cür qələmə verilməyim. Yalandan uydurulmasın ki, "Nisə xanım barışığa əl atdı". Xeyir, barışığa əl atmadım. Demişəm ki, “salam” versə, qucaqlayaram. Barışmaq üçün cəsarətim var, heç nədən utanmıram. Bir nəfərə barışıq jesti etmişəm, bu da Faiq Ağayevdir. O mənim ürəyimdə xüsusi yer tutub”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR