"Vaqif" operasının premyerası keçiriləcək

"Vaqif" operasının premyerası keçiriləcək
15:12 18 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Noyabrın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycanın tanınmış bəstəkarı, xalq artisti Ramiz Mustafayevin "Vaqif" operasının premyerası keçiriləcəkdir. Operanın yeni quruluşu mərhum bəstəkarın 90 illik yubileyinə həsr olunmuşdur.

Milli.Az bildirir ki, premyerada teatrın aparıcı solistlərindən xalq artisti Əli Əsgərov (Vəzir), əməkdar artistlər Ramil Qasımov (Vaqif), İlahə Əfəndiyeva (Xuraman), Əkrəm Poladov (Vidadi), Fərid Əliyev (Qacar), Cahangir Qurbanov (Eldar), İlkin Əhmədov (Xanəndə), gənc solistlər Taleh Yahyayev (İbrahim xan), Tural Ağasıyev (Əlibəy), Səbinə Əhmədova (Gülnar) çıxış edəcəklər.

Tamaşanın dirijoru xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/490776.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR