Ölkə.az-ın Fəxri Xiyabanda dəfn olunmayan məşhurların siyahısını hazırlayıb.

Axşam.az həmin siyahını təqdim edir.

55 yaşında dünyasını dəyişmiş xalq artisti Məmmədbağır Bağırzadə 2005-ci ildə vəfat edib. Məzarı Nardaran qəbiristanlığındadır. Hətta deyilənə görə, Bağırzadəni İkinci Fəxri Xiyabanda dəfn etmək istəyirmişlər. Amma son anda atası buna razı olmayıb.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Ötən il 57 yaşında qəfil ürək tutmasından vəfat edən tanınmış aktyor, xalq artisti İlham Əsgərov da ata-baba yurdunda-Masallı rayonunun Xoşçobanlı kəndində dəfn edilib. Ancaq görünən bu idi ki, ailəsi onun Bakıda dəfn olunmasını istəyirdi. İlham Əsgərovun həyat yoldaşı Yeganə Əsgərova:

"Biz istəyirdik ki, İlham Əsgərov Bakıda dəfn olunsun. Heç olmasa qəbri üstə vaxtı-vaxtında gedək, ziyarət edək. Amma onun Bakıda dəfn olunmağına imkan vermədilər. İlhama qarşı daha bir laqeydlik gördük. Gərək, bunu dövlət fikirləşərdi, fikirləşmədi… Məcbur olub Masallıya apardıq. O boyda sənətkar getdi, elə bil heç nə baş vermədi. Bu, dəhşətdir… Bu boyda laqeydlik, bu boydə səriştəsizlik, bu boyda hörmətsizlik olmamalıydı, amma oldu. Görəsən, o Mədəniyyət və Turizm Nazirliyi bu munasibətin məsuliyyətini hiss edirmi?"

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Məşhur aktyor Əliağa Ağayev isə sovet dövründə partiya üzvü olmaqdan imtina etdiyi üçün onu Fəxri Xiyabana layiq görməyiblər. 1983-cü ildə vəfat edən sənətkarın məzarı Yasamal qəbiristanlığındadır.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Əliağa Ağayevlə eyni qəbiristanlıqda 41 yaşında səhnədə həyatını itirən dünyaca məşhur cazmen Vaqif Mustafazadə də uyuyur.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Mustafazadə ilə eyni yaşda həyata əlvida deyən tanınmış aktyor Səməndər Rzayev də bu qəbiristanlığın sakinidir.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Yasamal qəbiristanlığından söz düşmüşkən, bu məzarlıq Rübabə və Mahrux Muradova bacılarının, həmçinin xalq artisti Gülşən Qurbanovanın da son mənzilidir.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Tanınmış teatr və kino aktyoru, xalq artisti Eldəniz Zeynalov da Fəxri Xiyabanda dəfn edilməyib.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Müğənni-xanəndə Nəzakət Məmədovanın məzarı isə Gəncə şəhərindədir.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Bir sıra məşhur qələm adamları var ki, onlar da ya vəsiyyətlərinə uyğun olaraq, ya da qeyd etdiyimiz kimi naməlum səbəblərdən Fəxri Xiyabanda torpağa tapşırılmayıblar.

Məsələn, xalq yazıçısı Sabir Əhmədli Binəqədi qəbiristanlığında dəfn edilib.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Bu məzarlıqda həmçinin həmkarı Fərman Kərimzadə də uyuyur.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Xalq yazıçısı Əbülhəsən Ələkbərzadə isə öz vəsiyyətinə uyğun olaraq 1986-cı ildə İsmayıllının Basqal kəndində torpağa tapşırılıb.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Xalq yazıçısı Əzizə Cəfərzadə də 2003-cü ildə öz vəsiyyəti ilə Hacıqabulda dəfn edilib.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Məşhur müğənni Oqtay Ağayev də 2006-cı ildə vəfat edib. Bacısı oğlu Fuad Novruzovun dediklərindən:

"Həyat yoldaşı Nadejda xanımın qəbri Qurd Qapısı yaxınlığındakı qəbiristanlıqdadır. Oqtay Ağayev isə Yasamal qəbiristanlığında, anasının yanında dəfn olunub. Onun Fəxri Xiyabanda dəfn olunmağı bizdən asılı məsələ deyildi. Amma o, birbaşa xalq artisti adını alan üç nəfərdən biridir. 2000-ci ilin yanvarında Heydər Əliyev ona bu adı verdi".

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Dövlət Musiqili Teatrının tanınmış simalarından olan xalq artisti Elxan Əhədzadə də Fəxri Xiyabanda dəfn edilməyib. 2010-cu ildə 62 yaşında dünyadan köçən güclü səs sahibi Xırdalan qəbiristanlığında torpağa tapşırılıb.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Müğənni-xanəndə Elçin Cəlilov isə 2005-ci ildə 37 yaşında rəhmətə gedib. Məzarı Mehdiabad qəbiristanlığındadır.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Əməkdar artist Məhəbbət Kazımov isə Xırdalan qəbiristanlığında uyuyur.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı

Məşhur xanəndə Sabir Mirzəyev də Bakıdakı qəbiristanlıqların birində dəfn olunub. Xatırladaq ki, 1943-cü ildə Cəlilabadda dünyaya gələn sənətkar 68 yaşında Təbrizdə vəfat edib.

Fəxri Xiyabanda dəfn olunmayan tanınmışlar - siyahı