Akademik Milli Dram Teatrında “Qürbətdən gələn məktublar” tamaşası nümayiş etdirilib

Akademik Milli Dram Teatrında “Qürbətdən gələn məktublar” tamaşası nümayiş etdirilib
09:27 22 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 22 noyabr. REPORT.AZ/ Akademik Milli Dram Teatrında “Qürbətdən gələn məktublar” tamaşası nümayiş etdirilib.
Teatrın mətbuat xidmətindən “Report”a verilən məlumata görə, yazıçı-diplomat Həsən Həsənovun eyniadlı əsəri əsasında hazırlanan iki hissəli dramın rejissoru xalq artisti Mərahim Fərzəlibəyovdur.
Səhnə əsərinin quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadədir.
Tamaşada əsas rolları xalq artistləri Ramiz Məlik, Laləzar Mustafayeva, Hacı İsmayılov, əməkdar artistlər Kazım Abdullayev, Əjdər Həmidov, Elşən Cəbrayılov, Vəfa Zeynalova, aktyor Elçin Əfəndi ifa edib.
Qeyd edək ki, səhnə əsəri ilk dəfə teatrda 2003-cü ildə rejissor, xalq artisti Ramiz Həsənoğlunun quruluşunda “Brüsseldən məktublar” adı ilə səhnəyə qoyulub. Çağdaş günümüzlə səsləşən tamaşada M.F.Axundzadənin obrazını ilk dəfə xalq artisti Əliabbas Qədirov, daha sonra xalq artisti İlham Əsgərov canlandırıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR