Ebru Gündeş böhranda: Eyni libaslar geyinir, işçilərini azaltdı

Ebru Gündeş böhranda: Eyni libaslar geyinir, işçilərini azaltdı
12:51 23 Noyabr 2016
232 Şou
Ölkə mətbuatı
A- A+

Həbsdə olan iş adamı Rza Zərrabla boşanma ərəfəsində olan müğənni Ebru Gündeş lüks həyat tərzindən uzaqlaşıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, bu haqda "Renkli sayfalar" proqramında deyilib. Belə ki, əvvəllər məşhur dizaynerlərin yeni geyimlərini izləyən sənətçi hər konsertində fərqli libaslar geyinərdi. Səhnədə hər libasda bir dəfə görünən Ebru indi isə təkrar geyimlərdə görünür.

Bahalı zinət əşyaları və ayaqqabı almağa fasilə verən Gündeş özəl təyyarədən də istifadə etmir, hər kəs kimi biletli səyahətlər edir. Kanlıcadakı villasından köçən müğənni Kemerburqazda sadə evində yaşayır.

Qış alış-verişinə 400 min lirə xərcləyən, hər ay qarderobunu yeniləyən, girdiyi mağazalarda 100 min lirə xərcləyən Ebru indi bütün bunlardan uzaqdır. O, özəl dəvətlərə getmək üçün də butiklərə və lüks mağazalara baş çəkmir. Müğənni hətta işçilərinin də sayısını azaldıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61692

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR