Xalq artisti Brilliant Dadaşova Azərbaycan Voleybol Federasiyasının yeni himnini ifa edib.
Axşam.az-ın məlumatına görə, himnin sözləri Baba Vəziroğluna, musiqisi Məryam Əlibəyliyə aiddir.
B.Dadaşova mahnını bu gün Heydər Əliyev Mərkəzində keçiriləcək Azərbaycanın və Gürcüstanın 2017-ci ildə birgə ev sahibliyi edəcəyi voleybol üzrə Avropa çempionatının final mərhələsi ilə bağlı püşkatma mərasimində səsləndirəcək.