Gələn il Azərbaycanda və Gürcüstanda keçiriləcək Avropa çempionatının püşkü atılıb

Gələn il Azərbaycanda və Gürcüstanda keçiriləcək Avropa çempionatının püşkü atılıb
19:07 24 Noyabr 2016
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 24 noyabr. REPORT.AZ/ Bakıda, Heydər Əliyev Mərkəzində qadın voleybolçular arasında 2017-ci il Avropa çempionatının püşkatma mərasimi keçirilib. 
"Report"un məlumatına görə, tədbir təşkilatçı ölkələr - Azərbaycan və Gürcüstanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Bundan sonra bədii hissə olub. Azərbaycanın xalq artisti Brilliant Dadaşova çempionatın himnini ifa edib. Daha sonra Azərbaycanda voleybolun tarixindən bəhs edən qısa film nümayiş etdirilib, yarışın keçiriləcəyi şəhərlər barədə məlumat verilib. 
Baş nazirin I müavini, voleybol üzrə qadınlar arasında Avropa çempionatının final mərhələsinin 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov bildirib ki, Avropa çempionatının Azərbaycan və Gürcüstana həvalə olunması dövlət siyasətinin, ölkədə idmana göstərilən diqqət və qayğının nəticəsidir. Onun sözlərinə görə, Azərbaycan artıq bütün dünyada idman ölkəsi kimi tanınır: "Hər il ölkədə nüfuzlu yarışlar keçirilir. 2020-ci ilədək İslam Həmrəyliyi Oyunları, Formula 1 üzrə Azərbaycan Qran Prisi və futbol üzrə Avropa çempionatının oyunları təşkil olunacaq. Voleybol üzrə 2017-ci il Avropa çempionatı isə ilk dəfə Bakıda keçiriləcək. Təşkilat Komitəsinin sədri olaraq, çempionatın yüksək səviyyədə təşkili üçün lazımi işləri görəcəyimizi bəyan edirəm".
Gürcüstan gənclər və idman nazirinin müavini Şalva Qoqoladze və Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç yarış iştirakçılarına uğurlar arzulayıb. 
Bundan sonra püşkatma mərasimi başlayıb və səhnəyə Azərbaycan millisinin sabiq voleybolçusu Oksana Kurt, həmçinin hazırkı yığma üzvü Valeriya Məmmədova dəvət olunub. İlk olaraq qruplara başçılıq edən komandalar müəyyənləşib. Azərbaycan A, Gürcüstan B, Rusiya C, Serbiya isə D qrupunun birincisi olub. Püşk nəticəsində qrupların tərkibi belə müəyyənləşib: A qrupu: Azərbaycan, Almaniya, Polşa, Macarıstan (Bakı) B qrupu: Gürcüstan, İtaliya, Xorvatiya, Belarus (Tbilisi) C qrupu: Rusiya, Türkiyə, Bolqarıstan, Ukrayna (Bakı) D qrupu: Serbiya, Hollandiya, Belçika, Ukrayna (Göygöl)
Qeyd edək ki, Avropa çempionatı gələn il sentyabrın 20-dən oktyabrın 1-dək keçiriləcək. Qonşu ölkədə cəmi bir qrupun oyunları və 1/4 final matçları olacaq. Digər 3 qrupdan biri Göygöldə, ikisi isə Bakıda mübarizə aparacaq. Yarımfinal və final görüşləri də Bakıda baş tutacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

ADA Universiteti Nazirliklə əməkdaşlıq edəcək

21 Sentyabr 2017 01:43

"Marca" -

21 Sentyabr 2017 01:30

Elektrik enerjisinə görə ödənişlərlə bağlı - YENİLİK

21 Sentyabr 2017 01:23

ABŞ-dan PYD-yə növbəti dəstək

21 Sentyabr 2017 01:12

Yaponiya sahillərində güclü zəlzələ

21 Sentyabr 2017 01:04

Sakit okeanda, Vanuatu sahillərində 6,5 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 01:02

Meksikada 3 günlük matəm elan edilib

21 Sentyabr 2017 00:58

Misirdə binanın çökməsi nəticəsində tələfat artdı -

21 Sentyabr 2017 00:55

Bermud üçbucağında yeni ada peyda oldu - Alimlər heyrət içindədir

21 Sentyabr 2017 00:43

Prezident İlham Əliyev: "Ermənistan qondarma xəritələr icad edərək Dağlıq Qarabağı oraya daxil edir"

21 Sentyabr 2017 00:37

Xızıda 312 ədəd partlamamış hərbi sursat aşkarlanıb

21 Sentyabr 2017 00:37

Mikroavtobus divara çırpıldı - 19 yaralı

21 Sentyabr 2017 00:34

İspaniya polisi Kataloniya muxtar vilayətinin binalarına -

21 Sentyabr 2017 00:33

Aparıcı Zaur müğənni Damlanın cüzdanından 3500 manat çıxardı... - FOTO

21 Sentyabr 2017 00:23

ABŞ-da məktəbdə atışma olub, xəsarət alan var

21 Sentyabr 2017 00:22

Yaponiyada 6,1 bal gücündə zəlzələ olub

21 Sentyabr 2017 00:15

Astroloji proqnoz - 21 sentyabr

21 Sentyabr 2017 00:13

Prezident BMT-də ASAN Xidmət barəsində danışdı

20 Sentyabr 2017 23:59

Azərbaycan neftinin SON QİYMƏTİ -

20 Sentyabr 2017 23:55

Deputat: "Gürcüstanın bəzi bölgələrində təbii qazın qiyməti nəzərdə tutulduğundan çox artırılıb"

20 Sentyabr 2017 23:52

Azərbaycan neftinin SON QİYMƏTİ - 57 dolları keçdi

20 Sentyabr 2017 23:43

Soyğunçular polis bölməsindən oğurluq etdi -

20 Sentyabr 2017 23:40

Bakıda keçiriləcək finalın dəqiq tarixi bəlli oldu

20 Sentyabr 2017 23:39

Bakıda 36 yaşlı qadını avtomobil vurub

20 Sentyabr 2017 23:32

Bakıda iki maşın yandı

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti İlham Əliyev BMT-nin baş katibiylə görüşüb

20 Sentyabr 2017 23:24

Azərbaycan Prezidenti Nyu-Yokda BMT-nin baş katibi ilə görüşüb

20 Sentyabr 2017 23:22

Abadi -

20 Sentyabr 2017 23:18

Türkiyədə uşaqlara daha çox hansı adların verildiyi açıqlanıb

20 Sentyabr 2017 23:17

Bakı metrosunda 9 yeni stansiya tikiləcək

20 Sentyabr 2017 23:13

AFFA prezidenti: “Etimadı doğruldacağıq”

20 Sentyabr 2017 23:04

Emzar Kviçiani: "Mübarizəmizi sonadək davam etdirəcəyik"

20 Sentyabr 2017 23:02

Bu uşağın iki üzü , 4 əli, 4 ayağı var -

20 Sentyabr 2017 23:00

"Qarabağ" - "Roma" oyununa bilet ALMAĞA TƏLƏSİN - yalnız 2 manatlıq biletlər qaldı

20 Sentyabr 2017 22:58

Ərdoğan Putinlə görüşəcək

20 Sentyabr 2017 22:54

Azərbaycanda nikahdankənar uşaqların ən çox və ən az doğulduğu bölgələrin adları açıqlanıb

20 Sentyabr 2017 22:52

İlham Əliyev amerikalı həmkarı Donald Tramp və xanımının adından təşkil olunmuş qəbulda iştirak edib

20 Sentyabr 2017 22:40

Bank işçilərinə əsəbləşdi -

20 Sentyabr 2017 22:36

Gəncədə maşın piyadanı vurdu

20 Sentyabr 2017 22:34

9 aylıq hamilə olmasına heç kim inanmır - FOTOLAR

20 Sentyabr 2017 22:28

Yaponiyanın Honsü adasında 6,1 bal gücündə zəlzələ olub

20 Sentyabr 2017 22:27

Makron -

20 Sentyabr 2017 22:25

Daşkəsən sakini arvadı və qayınanasını bıçaqladı

20 Sentyabr 2017 22:19

FED uçot dərəcəsini dəyişmədi

20 Sentyabr 2017 22:13

Bu türk Meksikada zəlzələ baş verəcəyini əvvəlcədən demişdi -

20 Sentyabr 2017 22:10

Prezident İlham Əliyev Trampla görüşdü

20 Sentyabr 2017 22:09

105 yaşlı gəminin qalıqları yoxa çıxır

20 Sentyabr 2017 21:58

Mətanət İsgəndərlinin qızının toyundan - GÖRÜNTÜLƏR

20 Sentyabr 2017 21:49

Elektrik enerjisinə görə ödənişlərlə bağlı -

20 Sentyabr 2017 21:49

Gəncədə avtomobil piyadanı vurub

20 Sentyabr 2017 21:47