"Bakı payızı"nın qalibləri müəyyən oundu - FOTO

"Bakı payızı"nın qalibləri müəyyən oundu - FOTO
17:17 28 Noyabr 2016
109 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Gənclər İttifaqının iyirmi beşinci ildönümü şərəfinə Azərbaycanda ilk ictimai gənclər təşkilatının fəalları və işçiləri, son 30 il üçün ölkənin ən nüfuzlu və prestijli mahnı müsabiqəsinə yeni nəfəs vermək qərarına gəldilər. Əfsanəvi Bakı Payızı yarışının açılışı yeni beynəlxalq formatda 26- noyabrda Azərbaycanın paytaxtında keçirildi. Müsabiqənin final mərhələsinə səkkiz yüzdən çox iştirakçı toplanmışdı və final 9 saatdan çox davam elədi. Bu müddət ərzində əməkdar artist və müəllimlərdən ibarət 9 nəfər münsif iştirakçıları qiymətləndirdi. 

"Bu "pilot" mərhələdə təşkilatçılar özlərini yeni nominasiyalarda, intizam qaydararında sınadılar. Tofiq Quliyevin adını daşıyan əfsanəvi müsabiqəni davam etdirmək böyük bir məsuliyyətdir! Belə bir layihəni aşağı səviyyədə icra eləməyə heç kimin haqqı yoxdur! Bu bir səbəbdir ki, bu müsabiqədə heç vaxt tamaşaçıların sms-lə səs verməsi olmayacaqdır! Ölkənin gələcəyi üçün indidən öyrətmək, mühakimə eləmək, yalnız peşəkarlar yetişdirmək lazımdır! Mən şadam ki, təşkilatçılar üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldilər. "2017 - Bakı payızı" üçün gələn ilin fevralından regional və paytaxt seçim turları başlayacaq. Biz indidən ölkəmizin regionlarından və qonşu ölkələrdən iştirak etmək üçün ilkin qeydiyyat məktubları alırıq, müsabiqə beynəlxalq status daşıyır və daşımalıdır da! Bu, hər il müxtəlif ölkələrdən minlərlə gənci qonaqpərvər ölkəmizdə birləşdirən inanılmaz mədəniyyət və incəsənət bayramı olacaq. 2017-ci ildə bu müsabiqə-festival paytaxtımızda həftə ərzində keçiriləcək nominasiyalara uyğun bölünəcək, keçirilən müsabiqənin qalibləri beynəlxalq tədbirlərdə - WADF-də (World Art & Dance Federation) ölkəmizi təmsil etmək hüququ qazanacaqlar. Onların sıralarında 120-dən çox ölkə birləşib", - Azərbaycan Gənclər İttifaqının sədr müavini Əziz Əzizov bildirib.

Əziz Qarayusifli, Humay Süleymanbəyli, Eldar Qafarov, Hökumə Əliyeva, Mənsurə Quliyevadan ibarət münsiflər heyətini klassik və estrada vokal kateqoriyalı qaliblər valeh elədilər. Aygün Kazımova, Faiq Ağayev, İlqar Xəyal, Tünzalə Ağayeva, Abbas Əhməd, Zaur Əmiraslanov, Ülkər Hacıyeva, Səidə Sultan, Dinarə Əliyeva, Pərviz Abdullayev kimi ulduzların siyahısına yeni adlar daxil edildi. Gənc ifaçıların müsabiqəsində qran-prini Müslüm Maqomayevin ölməz əsəri olan "Sinyaya veçnost" (Синяя Вечность)" mahnısını oxuyan Camal Həşimov  qazandı. Bu yeri o, klassik janr ifaçısı Nigar Qarayusifli ilə bölüşdü.

İnformasiya dəstəyi - Trend.az, Day.Az, Milli.Az, Azernews.az


















Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/493863.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR