"Laçın qaçqınları" yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq

"Laçın qaçqınları" yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq
09:27 30 Noyabr 2016
99 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün saat 10:00-dan 18:00-dək "Qaz İxrac" İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin "Alvadı", "Göytəpə" və "Cəlilabad", Abşeron magistral qaz kəmərləri sahəsinin "Qanlı Göl" qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, təmir müddətində Bakı şəhəri Qaradağ rayonunun "Laçın qaçqınları" yaşayış məntəqəsinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Aparılan işlərin Cəlilabad və Masallı rayonlarının bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/494320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR